SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” yatağında 1954A saylı yeni estakadayanı meydança inşa edir. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“Layihə “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanıb. Tikinti işlərinin baş podratçısı “Neftqaztikinti” Trestidir. Meydança dənizin 19 metr dərinliyində yerləşdiriləcək”, - deyə məlumatda qeyd olunur.
Estakadayanı meydança 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulub.
“Meydança ən müasir qazma avadanlığı, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, 4 yanalma meydançası, 2 minik meydançası, yükqaldırma qabiliyyəti 13,5 ton olan kran və digər zəruri avadanlıqlarla təchiz olunacaq”, - deyə məlumatda bildirilir.
Bundan başqa, elektrik enerjisi ilə təchizatının etibarlılığını təmin etmək məqsədilə meydançada üç ədəd dizel elektrik aqreqatı, quyularda geofiziki işlərin aparılması üçün dizel karotaj qaldırıcısı və karotaj stansiyası quraşdırılacaq.
Meydançanın tikintisinin başa çatdırılma müddəti barədə məlumat verilmir.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton həcmində qiymətləndirilir ki, bunun da 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət