Bakıda serb yazıçısı Branislav Nuşiçin “Ramazan gecələri” kitabı nəşr olunub. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Kitab Serbiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə işıq üzü görüb.
Miniatür nəşrə görkəmli serb komedioqrafı, dramaturqu, “dahi gülüş ustası” Branislav Nuşiçin hekayələri daxil edilib.
“Ramazan gecələri” toplusu ilk dəfə 1922-ci ildə Belqradda çap olunub. Nəşrə müəllifin 10 hekayəsi - yazıçının diplomatik xidməti zamanı Makedoniya və Kosovonun müsəlman əhalisinin həyatında müşahidə etdiyi maraqlı, sentimental səhnələr daxil edilib.
Toplu Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviçin oxuculara müraciəti ilə açılır. Səfir yazıda əminliklə bildirir ki, Branislav Nuşiçin hekayələrinin nəşr olunması Azərbaycan ictimaiyyətinə Serbiyanın xalq yazıçısının yaradıcılığı ilə daha yaxşı tanış olmaq üçün imkan yaradacaq.
Müraciətdə qeyd olunur ki, Serbiyada ilk uşaq teatrını yaradanlardan biri, dramaturq B.Nuşiç ölkəsinin mədəniyyət tarixinə ictimai xadim və yazıçı kimi daxil olub. Onun yaradıcılığı aktuallığını bu günədək qoruyub saxlayır. Yazıçının doğma xalqının həyatını təsvir etdiyi çoxsaylı satirik komediyaları dünya ədəbiyyatı fonduna daxil edilib.
Satirikin iki pyesi - “Nazir xanım” və “Fəlsəfə doktoru” əsərləri Azərbaycan Dövlət Akademik Dram Teatrı və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında uğurla tamaşaya qoyulub.
Nəşrin məsul redaktoru Azərbaycanın əməkdar mədəniyyət xadimi Siyavuş Məmmədzadədir. 246 səhifədən ibarət kitab “Çaşıoğlu” nəşriyyatında 300 nüsxə tirajla buraxılıb.
B.Nuşiç on ilədək müxtəlif Cənubi Slavyan ölkələrinin konsulluqlarında xidmət edib. Şərqin ekzotik gözəlliklərinə valeh olan yazıçı “Ramazan gecələri” hekayələr silsiləsini (1922), “Taşula” (1902) povestini, bir neçə etnoqrafik və folklor kitabını yazıb, yalnız Serbiyanın deyil, həm də dünyanın dramaturgiya və teatr tarixində böyük rol oynamış çoxsaylı satirik komediyalar yaradıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət