"Price Waterhouse Coopers" şirkəti 2013-2015-ci illəri əhatə edən dövrdə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) maliyyə fəaliyyətinin auditini keçirəcək. Bu barədə ARDNF-dən məlumat verilib.
Məlumatda vurğulanır ki, Neft Fondunun Əsasnaməsinə uyğun olaraq Azərbaycan prezidenti "Price Waterhouse Coopers" şirkətini fondun 2013, 2014, 2015-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edib.
“Bu şirkət Neft Fondu tərəfindən keçirilən təkliflərin sorğusu əsasında seçilib. Xidmət təklifləri sorğusuna əsasən, Azərbaycanda fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunan təkliflərin qiymətləndirilməsi nəticəsində ən münasib təklif verən «Price Waterhouse Coopers» şirkəti müsabiqənin qalibi müəyyən edilib”, - deyə məlumatda qeyd olunur.
1999-cu ildə yaradılan Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.
Neft Fondunun 2010, 2011 və 2012-ci illəri əhatə edən dövr ərzində fəaliyyətinin auditini “Ernst & Young Holdings (CIS) B.V.” şirkəti həyata keçirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət