Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Xaçmaz rayonu, Nabran kəndində yerləşən “Atlant” MMC-yə məxsus istirahət mərkəzi və “Nişanə” MMC-yə məxsus “Malibu” istirahət mərkəzində bir sıra inzibati qanun pozuntuları müəyyən edilib. Bu barədə SMPDK-nın məlumatında deyilir.
“Atlant” MMC-yə məxsus istirahət mərkəzində standartlara, metroloji qayda və normalara riayət olunmasının səviyyəsini araşdırmaq məqsədilə 18-25 iyul 2013-cü il tarixləri arasında dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Araşdırma zamanı müəyyən olunub ki, müəssisənin mətbəxləri ümumi vəziyyətinə görə ГОСТ 30390-95 və СаН Пин 42-123-5777-91 normativ sənədlərin tələblərinə uyğun deyil.
Belə ki, mətbəxlər antisanitar vəziyyətindədir, havalandırma sistemi mövcud deyil, işçilər gigiyenik tələblərə əməl etmir, soyuducu kameralarda, anbarlarda saxlanılan xammalların, yarımfabrikatların saxlanma rejiminə əməl olunmur.
Bundan başqa, ГОСТ 30390-95 standartına əsasən hazır yeməklər 3 saat ərzində istiliyini saxlaya biləcək tempraturda saxlanılmaq şərtilə istehlakçıya verilməli olduğu halda, müəssisədə standartın tələbləri pozularaq yemək soyudulduqdan sonra təkrarən qızdırılıb istehlakçıya verilir.
Aparılmış monitorinqlər zamanı yeməklərin hazırlanmasında istifadə olunan düyü, qarabaşaq, lobya, ədviyyatlar və s. məhsullar zərərverici həşəratlara yoluxmuş vəziyyətdə aşkar olunub. Xammallarla yanaşı bir neçə ədəd siçan tələsinin qoyulması burada mövcud vəziyyətin qənaətbəxş olmadığını deməyə əsas verir. Həmçinin mətbəxdə mənşəyi məlum olmayan müxtəlif çeşidli mürəbbə (gilas, çiyələk, albalı), bal, xama, 40 kq pendir və üzəri kif qatı bağlamış 33 ədəd 3 litrlik müxtəlif kompotlar, yararlılıq müddəti bitmiş sosiska məhsulları aşkar edilib.
Yeməklərin hazırlanmasında istifadə olunan xammalın və çörəyin gigiyenik və uyğunluq sertifikatları mövcud olmayıb.
Xaçmaz rayonunda “Nişanə” MMC-yə məxsus “Malibu” istirahət mərkəzində də dövlət nəzarəti həyata keçirilib.
Araşdırma zamanı istirahət mərkəzinin mətbəxlərinin ümumi vəziyyətinin normativ sənədlərin tələblərinə uyğun olmadığı, istifadə olunan xammalların uyğunluq və gigiyenik sertifikatlarının olmadığı, mətbəxin antisanitar şəraitdə saxlanıldığı müəyyən olunub.
Həmçinin yemək hazırlanması üçün istifadə olunması nəzərdə tutulan düyü məhsulunun, o cümlədən qazanın içində tarakan həşəratlarının olduğu, 14 ədəd xəmir mayasının, 2 ədəd alma esensinin (uksus), 2 litr həcmində soya sousunun istifadə müddətinin bitdiyi müşahidə olunub. Bundan başqa müəyyən olunub ki, ət məhsulları açıq şəkildə sellofan paketdə, balıq donu açılmış şəkildə soyuducuda saxlanılır. Mətbəxdə həşəratlara və zərərvericilərilərə qarşı istifadə olunan dərman vasitələri ərzaq məhsulları ilə yanaşı saxlanılır.
Hər iki mərkəzdən hazır məhsullardan götürülmüş nümunələrin laboratoriya sınaqlarının nəticələri də məlum olub. Müəyyən olunub ki, yoxlanılan məhsullar təhlükəsizlik göstəricilərinə görə normativ sənədlərin tələblərinə uyğun deyil.
Belə ki, “Atlant” istirahət mərkəzində istehlakçılara təqdim olunan paytaxt salatında bağırsaq çöpü qrupundan olan bakteriyalar, S.aureus, E.coli mikrobları və maya göbələkləri, mimoza salatında isə bağırsaq çöpü qrupundan olan bakteriyalar və E.coli mikrobları aşkar edilib.
“Malibu” istirahət mərkəzindən götürülmüş nümunələrdən kələm və paytaxt salatında bağırsaq çöpləri qrupundan olan bakteriyalar, S.aureus, E.coli mikrobları və maya göbələkləri aşkar edilib.
Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar olaraq “Nişanə” MMC-yə məxsus “Malibu” istirahət mərkəzində “kələm” və “paytaxt” salatlarının hazırlanması və satışı, “Atlant” MMC-də çörəyin, “mimoza” və “paytaxt” salatlarının hazırlanması və satışı qadağan edilib.
İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq istehlakçı hüquqularının pozulması faktına görə hər iki müəssisə ilə bağlı inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət