2013-cü ilin I yarısında Azərbaycanın informasiya və rabitə sektoruna ümumi investisiyalar 71,2 mln. manat təşkil edib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Aparat rəhbəri Vidadi Zeynalovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilir.
“Cari ilin I yarısında İKT, informasiya və poçt sektorunun gəlirləri 756,8 mln. manat təşkil edib və 10,5% artıb. Birinci yarımillikdə telekommunikasiya sektorunda gəlirlər ötən ilin analoji dövrü ilə müqayisədə 6%, İT sektorunda 1,8 dəfə, poçt sahəsində 11,7%, informasiya sektorunda 7% artıb”, - deyə V.Zeynalov qeyd edib.
O vurğulayıb ki, 2013-cü ilin I yarısında RİTN-in strukturuna daxil olan müəssisələrin investisiyaları 29,98 mln. manat təşkil edib.
2013-cü ilin I yarısında Azərbaycanın informasiya və rabitə sektoruna investisiya qoyuluşları 71,2 mln. manat təşkil edib.
V.Zeynalov qeyd edib ki, iyulun 1-nə Azərbaycanda hər 100 nəfərə 18,6 telefon aparatı düşür. Bakıda bu göstərici 37,5, kənd yerlərində 7,12, digər yaşayış məntəqələrində 11,56 telefon aparatı təşkil edir.
2013-cü ilin birinci yarısında telefon şəbəkəsinin tutumu 1 mln. 785,022 min nömrəyə çatıb. Bununla yanaşı, cari ilin yanvar-iyun aylarında Bakıda telefon şəbəkəsinin yenidən qurulmasına və genişləndirilməsinə investisiyalar təxminən 4 mln. manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət