2013-cü ilin birinci yarısında 556 nəfər (430 kişi, 125 qadın) Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələrinin qurbanı olub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin birinci yarımilliyin yekunlarına dair məlumatında deyilir.
2012-ci ilin birinci yarısı ilə müqayisədə cari ilin analoji dövründə respublikanın avtomobil yollarında həlak olanların sayı 120 nəfər və ya 27,5% artıb.
Bu ilin ilk altı ayı ərzində Azərbaycanın avtomobil yollarında 1366 YNH baş verib, bu isə 2012-ci ilin analoji dövrü il müqayisədə 88 fakt və ya 6,9% çoxdur. 2013-cü ilin birinci yarısında yol qəzalarında xəsarət alanların sayı 1452 nəfər (ötən il - 1362) təşkil edib.
2013-cü ilin birinci yarısında Bakıda 490 YNH qeydə alınıb (bir il öncə 477), nəticədə 160 nəfər həlak olub (2012-ci ilin birinci yarısında 131), 506 nəfər (558) xəsarət alıb.
Respublika üzrə qeydə alınmış YNH-nin 92,6%-i (1265) sürücülərin yol-hərəkət qaydalarını pozmaları, o cümlədən 30,9%-i (422) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 30%-i (409) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,8%-i (120) yolayrıslarını keçmə qaydalarının pozulması, 3,1%-i (43) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.
YNH-nin 38,4%-ni (525) piyadaların vurulması təşkil edib, nəticədə 189 piyada həlak olub, 388-i yaralanıb. 68 YNH piyadaların yol-hərəkət qaydalarını pozmaları nətisəsində baş verib. Respublika üzrə qeydə alınmış YNH nəticəsində 43 nəfər uşaq və yeniyetmə həlak olub, 126 nəfər yaralanıb.
2013-cü ilin I yarısında yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 683,430 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 4,749, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 118,588 fakt aşkar ediblər.
Həmin dövrdə BDYPİ-nə 138 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub, onlardan 103-ü tapılıb.
Hesabat dövründə DYP əməkdaşları tərəfindən üç ədəd tüfəng, beş ədəd avtomat, dörd ədəd «F1» əl qumbarası, iki ədəd avtomat sandıqçası, 890 ədəd müxtəlif kalibirli patronlar aşkar edilərək istintaq orqanlarına təhvil verilib. 11 kiloqramdan çox narkotik maddə (o cümlədən marixuana, heroin, tiryək, həşiş qatranı, metadon, metanfetamin) və 1448 ədəd çətənə kolu aşkar olunub.
2013-cü ilin ilk altı ayı ərzndə respublika ərazisində 47 764 avtomobil ilkin qeydiyyata alınıb, 51 min 226 nəfərə ilkin sürücülük vəsiqəsi verilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət