Sentyabrın 12-15-də Bakıda XIII Beynəlxalq Avrasiya Cərrah və Qastroenteroloqların Konqresi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Respublika Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Rauf Ağayev məlumat verib.
“Konqres Cərrah və qastroenteroloqların Beynəlxalq Avrasiya Cəmiyyətinin üzvü olan müxtəlif ölkələrdə keçirilir. Cəmiyyət 1997-ci ildə Türkiyədə təsis edilib. Əsas məqsəd türkdilli ölkələrin bu sahədə çalışan mütəxəssislərini birləşdirmək olub”, - deyə R.Ağayev bildirib.
Onun sözlərinə görə, həmin il birinci konqres Bakıda keçirilib. O vaxt tədbirdə yalnız yeddi ölkə iştirak edib: Orta Asiya ölkələri, Azərbaycan, Türkiyə. Zamanla cəmiyyətin çərçivələri genişlənib, hətta az sayda türkdilli xalqların yaşadığı ölkələr də cəlb olunmağa başlayıb.
“Elm hansısa çərçivədə qala bilməz və bu gün bir çox ölkələr bu cəmiyyətin bərabər hüquqlu üzvü olub. Son illərdə Pakistan, İran, Gürcüstan, Bolqarıstan, Bosniya və Herseqovina, Misir, Suriya və digər ölkələr cəmiyyətin üzvü olub”, - deyə Diaqnostika Mərkəzinin baş həkimi qeyd edib.
R.Ağayev həmçinin məlumat verib ki, bu il Almaniya və İtaliyanın cəmiyyətə üzvlüyü məsələsi müzakirə olunacaq.
“Azərbaycan bu cəmiyyətin ən fəal iştirakçısıdır. Konqres burada artıq beşinci dəfə keçiriləcək. Bu illər ərzində biz uğurlarımızın nümayişi ilə yanaşı, Cərrah və qastroenteroloqların Beynəlxalq Avrasiya Cəmiyyətinin iştirakçıları ilə elmi əlaqələr qururuq”, - deyə o bildirib.
“Forumda praktiki olaraq bütün qitələrdən nümayəndələr iştirak edirlər. Bu dəfə də ABŞ, Fransa, Portuqaliya, Niderland, Banqladeş, Almaniya, Misir, Yaponiya və s. ölkələrdən olan alimlər elmi məruzlərlə çıxış edəcəklər. Konqresin işində 22-dən artıq ölkədən 120-dən çox alim iştirak edəcək”, - deyə R.Ağayev vurğulayıb.
Beynəlxalq əlaqələrin qurulması məsələsinə toxunan R.Ağayev qeyd edib ki, azərbaycanlı mütəxəssislər konqres iştirakçıları ilə əməkdaşlıq çərçivəsində müxtəlif illərdə təcrübə keçmək üçün Almaniya, İtaliya və Yaponiyaya göndəriliblər.
“İlk günlərdən etibarən hökumət bizi dəstəkləyib və konqresin təşkilində kömək edib. Konqres çərçivəsində elmi məruzələrlə çıxışlar gözlənilir və hər gün 8-10 təqdimat dinləniləcək”, - deyə o bildirib.
“Forumda Azərbaycanda 500-dən artıq nümayəndə iştirak edəcək. Bu, bizim üçün həm də Azərbaycanın sürətli templərlə inkişafını, hər şeyin yaxşıya doğru nə dərəcədə dəyişdiyini, ölkədə ən müasir avadanlığın tətbiq olunduğu səhiyyə sisteminin necə inkişaf etdiyini nümayiş etdirmək üçün yaxşı imkandır”, - deyə R.Ağayev bəyan edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət