Azərbaycan, Türkiyə və ABŞ ilə strateji əməkdaşlığın dərinləşdirilməsi Gürcüstanın baş naziri Bidzina İvanişvilinin başçılıq etdiyi yeni hökumətin prioritetidir. Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze çərşənbə günü mətbuat konfransında bəyan edib.
“Cənab İvanişvili baş nazir kimi ilk rəsmi səfərini məhz Azərbaycana edib, bu isə Tiflisin Bakı ilə münasibətlərin inkişafına yüksək diqqətinin göstəricisidir”, - deyə diplomat vurğulayıb.
O xatırladıb ki, son 9 ay ərzində Gürcüstanın bir çox yüksək rütbəli məmurları Azərbayana səfər ediblər. “Azərbaycan Gürcüstan üçün vacib qardaş ölkədir. Bizi ərazi bütövlüyünün bərpası ilə bağlı eyni problem birləşdirir. Biz beynəlxalq arenada fəal əməkdaşlıq edir, beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyirik”, - deyə T.Şaraşenidze vurğulayıb.
Səfir qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında münasibətlərdə Cənubi Qafqaz regionunun iqtisadi inkişafı xüsusi yer tutur.
“Bakı-Tiflis-Ceyhan neft boru kəməri ilə yanaşı, Bakı-Tiflis-Ərzurum marşrutu ilə qaz nəqlinə dair əməkdaşlıq da inkişaf edir. TAP və TANAP layihələrinin reallaşdırılması planları Azərbaycan-Gürcüstan əməkdaşlığının ümumdünya əhəmiyyəti kəsb etməsinə səbəb olur”, - deyə T.Şaraşenidze bildirib.
Onun sözlərinə görə, TAP və TANAP qaz layihələrinin reallaşdırılması Gürcüstana
$2 mlrd. məbləğində investisiya gətirəcək.
“Bakı-Tiflis-Qars dəmir yolu marşrutu istifadəyə verildikdən sonra cənub nəqliyyat dəhlizi tam formalaşacaq”, - deyə səfir qeyd edib.
T.Şaraşenidze vurğulayıb ki, Azərbaycan Türkiyədən sonra Gürcüstanın ikinci böyük ticarət-iqtisadi tərəfdaşıdır.
“Tiflis Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli tandeminin inkişafına böyük diqqət ayırır. Son bir il yarım ərzində Azərbaycan iş adamları Gürcüstanın iqtisadiyyatına $210 mln. sərmayə yatırıb, 7 min iş yeri açıblar. Bunda SOCAR dövlət konserninin böyük payı var”, - deyə səfir qeyd edib.
T.Şaraşenidzenin sözlərinə görə, gürcü iş adamları da Azərbaycanda səmərəli fəaliyyət göstərirlər.
“İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab olaraq diplomat iki ölkə arasında mal dövriyyəsinin həcminin artması tendensiyasının müşahidə olunduğunu qeyd edib. “Beş ay ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi $628 mln. təşkil edib. 2012-ci ilin yekunları üzrə ticarət dövriyyəsi $1 mlrd. 25 mln. təşkil edib”, - deyə T.Şaraşenidze vurğulayıb.
Səfir qeyd edib ki, bu il Bakıda Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır. İclasda iki ölkə arasında əməkdaşlığa dair yeni sazişlər imzalana bilər.
Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası prosesi barədə məsələni şərh edən T.Şaraşenidze qeyd edib ki, bu məsələ ilə bağlı işçi qrupunun növbəti iclasının cari ilin sentyabr-oktyabr aylarında keçirilməsi gözlənilir.
Diplomat həmçinin bəyan edib ki, Gürcüstanın tamhüquqlu vətəndaşları olan azərbaycanlılar heç bir diskriminasiya ilə üzləşmirlər. “Son zamanlar mən hər hansı ciddi problem barədə eşitməmişəm. Bu mənada hər şey normaldır, inşallah bundan sonra da yaxşı olar”, - deyə o söyləyib. Səfir xatırladıb ki, Gürcüstan hökuməti eləcə də azərbaycanlıların məskunlaşdığı regionlarda yerli fermerlərə torpağın becərilməsində yardım göstərir.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət