Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqinin ləngidilməsi səbəbindən nazirliyə dəymiş maddi ziyanın ödənilməsi üçün mobil operatorlarla bağlı məhkəmə orqanlarına müraciət etməyi planlaşdırır. Bu barədə nazirliyin məlumatında qeyd edilir.
Xəbər verildiyi kimi, “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqi dəfələrlə təxirə salınıb. Daha əvvəl rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdi ki, bu xidmət 2013-cü il avqustun 1-dən tətbiq olunacaq.
“Hökumət tərəfindən maliyyələşdirilən idarəetmə sistemi hələ bir il öncə hazır olmasına baxmayaraq, Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar bu günə qədər öz üzərinə düşən texniki məsələləri icra etmədiyindən ləngiyir”, - deyə nazirliyin məlumatında qeyd olunur.
Operatorlar tərəfindən bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə maddi ziyan vurulub.
“Bununla əlaqədar mobil operatorlara növbəti xəbərdarlıq olunub. Bundan başqa, nazirlik tərəfindən dəymiş ziyanın ödənilməsi üçün məhkəmə orqanlarına müraciət olunmasına hazırlıq işlərinə başlanılıb”, - deyə məlumatda vurğlanır.
“Mobil Nömrələrin Daşınması Sistemi” layihəsinin mahiyyəti mobil rabitə abonentinin bir operatordan asılılığını aradan qaldırmaqdan ibarətdir. Xüsusilə abonentlər kod və nömrələrini dəyişmədən öz GSM operatorlarını başqası ilə əvəz edə biləcəklər. Bunun üçün abonentlər yalnız operatoru dəyişmək barədə ərizə yazmalı olacaqlar.
Hazırda Azərbaycanda 3 mobil rabitə operatoru fəaliyyət göstərir – Azercell, Bakcell və Azerfon.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət