Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2013-cü ilin iyul ayında 82 nəfər ölkə vətəndaşına avtomatlaşdırılmış sistem vasitəsilə əmək pensiyaları təyin edib. Bu barədə fonddan məlumat verilib.
“Əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı sistemi 11 iyul 2013-cü il tarixindən etibarən tətbiq edilib. 31 iyul 2013-cü il tarixinə olan vəziyyətə görə, DSMF-in “190-0 Cağrı Mərkəzi”nə 401 müraciət daxil olub. Müraciət edən vətəndaşlardan 82 nəfərinə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb. Bununla yanaşı, 31-i Bakı şəhərində, 51-i isə bölgələrdə yaşayan vətəndaşlara avtomatlaşdırılmış qaydada pensiyalar təyin edilib”, - deyə məlumatda qeyd olunur.
Avtomatlaşdırılımış qaydada əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği, eyni zamanda öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının (şöbəsinin) ünvanı bildirilib.
Digər müracət edənlərin əksəriyyəti 1 yanvar 2006-cı ilədək əmək stajları barədə məlumatları fondun orqanlarına təqdim etməmələri səbəbindən onlara avtomatlaşdırılmış qaydada pensiya təyin etmək mümkün olmayıb. Bununla əlaqədar DSMF vətəndaşlardan qeyd olunan məlumatları fondun orqanlarına təqdim etməkdə daha fəal olmağa çağırır.
Xəbər verildiyi kimi, “190-0 Cağrı Mərkəzi”nin istifadəyə verilməsi ilə pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən bu nömrəyə zəng vurub, şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət