2013-cü ilin iyun ayında Bakının təkrar bazarında daşınmaz əmlakın qiyməti may ayı ilə müqayisədə 0,9% - 1 kvadratmetr üçün $1 286-ya qədər bahalaşıb. Bu barədə daşınmaz əmlak bazarının öyrənilməsi və bazarda vəziyyətin aylıq təhlili ilə məşğul olan “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin məlumatında deyilir.
Birliyin məlumatına görə, iyun ayında Bakının bütün rayonlarında qiymət artımı müşahidə olunub. Bununla yanaşı, 2,7% səviyyəsində ən yüksək qiymət artımı Xətai rayonunda qeydə alınıb.
2012-ci ilin analoji dövrü ilə müqayisədə qiymətlər 31,2% artıb.
Monitorinqlər göstərib ki, iyun ayında təkrar bazarda satışa çıxarılmış mənzillərin orta qiyməti $117,521 min təşkil edib.
Hesabat ayında ümumi portfeldə təkliflərin sayı 3,1% azalıb, satışa çıxarılmış mənzillərin ümumi sayı 5 mini üstələyib. Təklif portfelində bütün mənzillərin 53,2%-i qiymətləri iyun ayında təklif edilmiş orta qiymətlərdən aşağı olan mənzillərin payına düşüb.
İyun ayında ümumi təklif portfelində paytaxtın Xətai, Yasamal, Nərimanov və Nəsimi rayonlarında yerləşən mənzillər üstünlük təşkil edib və onların ümumi payı 78,7% olub.
Hesabat ayında ikiotaqlı mənzillər üzrə təkliflərdə daha çox - 2% artım qeydə alınıb.
İyun ayında təkrar bazarda daşınmaz əmlakın alqı-satqısı ilə bağlı əqdlərin sayı may ayına nisbətən 1,7% artıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət