Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar qanunçuluğa əməl olunması məsələsi Baş Prokurorluğun 2013-cü ilin birinci yarısında görülmüş işlərinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsinin mövzularından biri olub.
Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, baş prokuror Zakir Qaralovun sədrliyi ilə keçirilən müşavirədə prezident seçkilərinin keçirilməsi ilə əlaqədar digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkə ərazisində qanunçuluğa əməl olunması, ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun, xüsusilə dini ekstremizm və separatçılıq meyllərinin qarşısının alınmasına yönəldilən qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı prokurorluq orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə edilib.
Bundan başqa, Z.Qaralov birinci yarımillik ərzində prokurorluq orqanlarının fəaliyyəti haqqında hesabatı təqdim edərək qeyd edib ki, prokurorluq əməkdaşları Daxili İşlər Nazirliyindən olan həmkarlarla birgə hesabat dövründə törədilmiş 10,929 min cinayətdən 86,9%-nin açılmasını təmin ediblər.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi 200 şəxs barəsində 100 cinayət işinin istintaqını tamamlayaraq baxılması üçün aidiyyatı məhkəmələrə göndərib. “161 - Qaynar xətt” əlaqə mərkəzinə 3,237 min müraciət daxil olub, onların 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılıb. Bununla yanaşı, onlardan dördü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyatı məhkəmələrə göndərilib.
Baş Prokurorluq Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti ilə birgə 4,647 min cinayət işinin istintaqını yekunlaşdırıb. İstintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsində keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin edilib.
2002-ci ildən etibarən, yəni prokurorluq orqanlarına müsabiqə əsasında işə qəbul başlanandan prokurorluq orqanlarının 52%-dən artıq ümumi kadr tərkibini təşklil edən 546 gənc mütəxəssis işlə təmin edilib. Onlardan bəziləri ötən dövr ərzində Baş Prokurorluğun şöbə müdiri, rayon prokuroru və digər yüksək vəzifələrə qədər qalxa biliblər.
Bununla yanaşı, birinci yarımillikdə 17 prokurorluq işçisi xidməti və icra intizamını pozduğuna görə intizam məsuliyyətinə cəlb edilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət