2013-cü ilin iyul ayında Azərbaycanda deflyasiya iyun ayı ilə müqayisədə 0,7% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir.
İyul ayında ərzaq malları 1,7% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb.
Ay ərzində un, qarabaşaq yarması, qoyun əti, təzə balıq, pasterizə olunmamış üzlü süd, sterilizə olunmuş üzlü süd, günəbaxan yağı, banan, alma, armud, şaftalı, qarpız və yemiş, kələm, xiyar və pomidor, bibər, badımcan, göy lobya, çuğundur, soğan, sarımsaq, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma müşahidə olunub.
Mal əti, toyuq əti, kolbasa məmulatları, pasterizə olunmuş üzlü süd, xama, yumurta, kərə yağı, limon, albalı və gilas, çiyələk, şabalıd, kök və göyərtinin qiymətlərində bahalaşma qeydə alınıb.
İyul ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB reysləri üzrə hava sərnişindaşıma nəqliyyatı və ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tarifləri bahalaşıb.
Azərbaycan hökuməti 2013-cü ildə orta illik inflyasiyanı 5,7% səviyyəsində proqnozlaşdırır.
2012-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 1,1% təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət