Asiya İnkişaf Bankı (AİB) Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti ilə 2014-2018-ci illərdə əməkdaşlıq strategiyası üzrə məsləhətləşmələri başa çatdırıb. Bu barədə AİB-in Bakı nümayəndəliyinin məlumatında qeyd edilir.
Nümayəndəliyin rəhbəri Olli Noroyononun başçılıq etdiyi komanda məsləhətləşmələr çərçivəsində ölkə hökuməti, vətəndaş cəmiyyəti və biznes birliyinin nümayəndələri ilə görüşlər keçirib.
“Strategiyanın son variantı 2014-cü ilin əvvəlinə qədər hazır olacaq”, - deyə məlumatda bankın baş iqtisadçısı David Oldfieldin sözlərindən sitat gətirilir.
Hökumətlə məsləhətləşmələrin yekunları üzrə nəqliyyat, bələdiyyə infrastrukturu və xidmətlərin formalaşması, energetika sahəsi strategiyanın prioritetləri müəyyən edilib. “Bundan başqa, yeni strategiya çərçivəsində AİB Azərbaycanda özəl sektorun, xüsusilə də yerli bankların kreditləşməsi və ticarətin inkişafı proqramlarının maliyyələşdirilməsini davam etdirəcək”, - deyə məlumatda vurğulanır.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bankın Azərbaycanda energetika, nəqliyyat, kənd təsərrüfatı, MKT, özəl sektorun inkişafı sahələrində layihələr üzrə kredit portfeli $1,4 mlrd. təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət