Azərbaycan Mərkəzi Bankı (AMB) balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortalanması üçün sığortaçı seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İddiaçı qismində sığorta fəaliyyətinə lisenziyası olan, yuxarıda göstərilən müvafiq sığorta növlərinin aparılması üzrə Maliyyə Nazirliyindən rəsmi razılıq almış sığorta şirkəti çıxış edə bilər.
Bundan əlavə, tender iştirakçıları son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı, 2012-ci il üzrə maliyyə hesabatı və 2013-cü ilin rüblük maliyyə hesabatlarının surətlərini təqdim etməlidirlər. İddiaçının kapitalı 5 mln. manatdan az olmamalıdır.
Təkliflər aşağıdakı amillər əsasında qiymətləndiriləcək: qiymət, təklif olunan xidmətlər paketi üzrə sığorta şərtləri, franşiza məbləği, təkrarsığortaçıların reytinqi.
Tender üzrə təkliflər sentyabrın 23-nə qədər qəbul ediləcək, sentyabrın 24-də isə qiymətləndiriləcək. Tenderdə iştirak etmək üçün dövlət rüsumu 200 manat təşkil edir.
Tenderin şərtlərinə əsasən, xidmətin göstərilməsinə 1 noyabr 2013-cü il tarixindən başlanılır və müddəti 12 aydır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət 2014-cü il yanvarın 24-dən etibarən təqdim ediləcək və 12 ay müddətinə nəzərdə tutulub.
Hazırda AMB-nin balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortalanması üzrə xidmətlər “Atəşgah” sığorta şirkəti tərəfindən göstərilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət