Gürcüstanın "Bank Constanta” bankı "Muganbank” ASC-nin layihəsi olan “Monex” təcili pul köçürmə sisteminə qoşulub. Bu barədə “Muğanbank”ın məlumatında qeyd edilir.
“Bank Constanta”nın “Monex” təcili pul köçürmə sisteminə qoşulma prosesi başa çatıb. Qeyd edək ki, “Bank Constanta” ilə “Monex” təcili pul köçürmə sistemi arasında əməkdaşlıq haqqında müqavilə cari ilin iyun ayında imzalanıb.
İmzalanmış müqaviləyə əsasən əməkdaşlıq üçün texniki məsələlər tam həll olunub. Belə ki, “Monex” təcili pul köçürmə sistemindən istifadə edən müştərilər “Bank Constanta”nın Gürcüstan ərazisində fəaliyyət göstərən 40 filial və şöbələrinə təcili pul göndərə bilərlər.
“Beləliklə, “Monex” təcili pul köçürmə sisteminin Gürcüstan ərazisində fəaliyyət coğrafiyası genişlənib”, - deyə məlumatda bildirilir.
Öz növbəsində, “Monex” təcili pul köçürmə sistemi "MoneyPolo” beynəlxalq sisteminə qoşulub.
İki sistem arasında imzalanmış müqaviləyə əsasən, inteqrasiya üçün zəruri olan texniki məsələlər tamamilə həll edilib və müştərilər “Monex” təcili pul köçürmə sistemi vasitəsi ilə Böyük Britaniyaya, Çexiya və Monqolustana pul göndərə bilərlər.
“MoneyPolo” sisteminə qoşulduqdan sonra “Monex” təcili pul köçürmələri sisteminin məntəqlərinin sayı 1000-i ötüb, fəaliyyət coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib”, - deyə məlumatda qeyd edilir.
“Monex” təcili pul köçürmə sistemi 2011-ci ildə yaradılıb.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb. Bankın səhmdarları 4 fiziki şəxsdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət