Hakim Yeni Azərbaycan Partiyası (YAP) Rusiya prezidenti Vladimir Putinin dünən baş tutmuş Bakı səfərinin yekunlarını yüksək qiymətləndirir.
“V.Putinin Azərbaycana səfərinə gəlincə, biz onu yüksək qiymətləndiririk. Rusiya Azərbaycanın böyük qonşusudur. İki ölkə arasında çoxtərəfli əlaqələr mövcuddur və müxtəlif sahələri - iqtisadi, siyasi, humanitar sahələri əhatə edir”, - deyə YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov çərşənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Bakı və Moskva hər iki tərəfin maraqlarına uyğun olaraq Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinə səy göstərir.
“Hesab edirəm ki, aparılan danışıqlar, imzalanan sənədlər iki dövlət arasında iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün etibarlı hüquqi baza yaratdı”,- deyə o vurğulayıb.
Ə.Əhmədov bir sıra müxalifət KİV-lərində V.Putinin Azərbaycana səfərinin 9 oktyabr prezident seçkilərində İlham Əliyevə dəstək vermək məqsədi daşıması barədə yazılanlarla qətiyyən razılaşmadığını deyib. O bildirib ki, qarşıdan gələn prezident seçkilərində İ.Əliyevi dəstəkləyən yeganə qüvvə xalqdır və o, müxalifət kimi kənardan dəstək gözləmir. “Bizim müşahidələrimiz və aparılan sorğular birmənalı olaraq göstərdi ki, Azərbaycan seçicilərinin böyük əksəriyyəti İlham Əliyevi dəstəkləyir”, - deyə YAP-ın icra katibi əlavə edib.
“İ.Əliyevi Azərbaycan vətəndaşları dəstəkləyir və bu dəstək seçkilərdə uğur qazanmaq üçün kifayətdir. Azərbaycanın başqa dəstəyə ehtiyacı yoxdur”, - deyə Ə.Əhmədov vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət