“HP” şirkəti 2014-cü ildə Azərbaycan bazarında irimiqyaslı layihələrlə çıxış etmək niyyətindədir. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytında məlumat verilir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və “НР Enterprise” qrupunun Mərkəzi və Şərqi Avropa üzrə vitse-prezidenti Herbert Rasrbixterin Bakıda görüşü zamanı Azərbaycanla əməkdaşlığın perspektivləri müzakirə olunub.
H.Rasrbixter bildirib ki, son on il ərzində Azərbaycanda müşahidə olunan intensiv inkişaf, həyata keçirilən islahatlar və 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ölkəmizə ilk səfəri üçün zəmin yaradıb.
“Yerli tərəfdaşlarla keçirilən görüşlərdə “HP” şirkətinin Azərbaycanda uğurla həyata keçirdiyi layihələr, o cümlədən “Xalq kompüteri” layihəsi haqda ətraflı məlumat əldə etdim. Bu uğurlu təcrübənin digər ölkələrdə də tətbiqinin olduqca səmərəli olacağı qənaətindəyəm. Son illər qeydə alınan yüksək inkişaf fonunda biz Azərbaycanı regionun mərkəzi hesab edirik”, - deyə vitse-prezident qeyd edib.
Onun sözlərinə görə, İnformasiya Texnologiyaları Universitetinin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı”nın fəaliyyətə başlaması gələcəkdə ölkədə İKT-nin intensiv inkişafına zəmin yaradacaq.
H.Rasrbixter həmçinin bu ilin dekabr ayında Bakıda keçiriləcək “Bakutel-2013” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında iştirak edəcəyini də qeyd edib.
Ə.Abbasov sektor üzrə həyata keçirilən işlər kontekstində dünyanın aparıcı İT şirkəti olan “HP” ilə əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət