“XXI əsr türk dünyası əsri olmalıdır”. Bu barədə prezident İlham Əliyev cümə günü Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III sammitində çıxışı zamanı bəyan edib.
"Xalqlarımız ümumi tarixə və ənənələrə malikdir. Buna görə biz ümumi məsələləri birlikdə həll etməliyik", - deyə söyləyən İ.Əliyev vurğulayıb ki, türkdilli ölkələr beynəlxalq təşkilatlar çərçivəsində bir-birini fəal şəkildə dəstəkləyir.
Azərbaycan prezidenti türkdilli ölkələrin geniş coğrafiyasını və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.
İ.Əliyev regional təhlükəsizliyin təmin edilməsi məqsədi ilə səylərin birləşdirilməsini əməkdaşlığın vacib istiqamətlərindən biri adlandırıb.
"Bu, çox mühüm məsələdir və biz regionun təhlükəsizliyini gücləndirmək üçün bütün zəruri tədbirləri görməliyik. Azərbaycan erməni təcavüzünün qurbanıdır. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və erməni işğalının nəticələrinin aradan qaldırılması regional təhlükəsizliyin təminatına töhfə verməyə qadirdir", - deyə dövlət başçısı bildirib.
İ.Əliyev öz nitqində həmçinin Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı infrastruktur və iqtisadi layihələrə də toxunub.
"Azərbaycan regional layihələr ideyasını dəstəkləyən ilk ölkə oldu və böyük tarixi və geostrateji əhəmiyyət kəsb edən Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin reallaşdırılması bu dəstəyin bazir nümunəsidir", - deyə prezident vurğulayıb.
İ.Əliyevin sözlərinə görə, Bakı-Tiflis-Qars tarixi "İpək yolu"nu bərpa etməyə imkan verəcək və yüz illər boyu region xalqlarına xidmət edərək, "dövlətlərimizi mühüm nəqliyyat qovşaqlarına çevirəcək".
"Bu dəmir yolu nəqliyyat xəritəsini dəyişdirəcək və qitələri bir-biri ilə birləşdirəcək", - deyə dövlət başçısı bildirib.
İ.Əliyev iqtisadiyyatın uğurlu inkişafını və siyasi sabitliyin təmin olunmasını türkdilli ölkələrin böyük nailiyyəti adlandırıb.
Dövlət başçısı Azərbaycanın Türk Mədəniyyətinə Dəstək və Türk İrsinin Qorunması Fondunun yaradılması ilə bağlı təşəbbüsünün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bütün üzvləri tərəfindən dəstəklənməsindən məmnunluğunu bildirib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Bank Respublika”dan SƏPSƏRİN kredit şərtləri!
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət