SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi cümə günü Azərbaycanın 3 və Bakının 5 rayonunun təbii qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar saat 09:00-dan 18:00-dək Dilman-Şərədil xətti istisna olmaqla “Şamaxı” Avtomatik Qazpaylayıcı Stansiyasında, “Quba” Qazpaylayıcı Stansiyasında, saat 10:00-dan “Hövsan” Qazpaylayıcı Məntəqəsindən Hövsan qəsəbəsinə gedən qaz kəmərində, saat 10:00-dan 15:00-dək “Tərtər” Qazpaylayıcı Stansiyasından qidalanan “Tərtər” ölçü qovşağında, saat 10:00-dan 16:00-dək “Türkan-1” Qazpaylayıcı Stansiyasından Türkan qəsəbəsinə gedən qaz kəmərində, saat 10:00-dan 17:00-dək “Yeni Binə” Qazpaylayıcı Stansiyasından Binə qəsəbəsinə gedən qaz kəmərində, “Zığ” Qazpaylayıcı Stansiyasından qidalanan 273 mm-lik yeraltı orta təzyiqli qaz kəmərində, saat 10:00-dan 18:00-dək “Alatava” Qazpaylayıcı Stansiyasından qidalanan “Tbilisi prospekti” orta təzyiqli qaz kəmərində, saat 10:00-dan 19:00-dək isə “Bolqarıstan” Qazpaylayıcı Stansiyasından qidalanan “Bolqarıstan sovxozu” ölçü qovşağında təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Quba rayonuna, Şamaxı şəhəri də daxil olmaqla rayonun Meysəri, Xınıslı kəndləri və Şəhriyar qəsəbəsinə, Xəzər rayonunun Binə, Türkan qəsəbələrinə, Xətai rayonunun Əhmədli qəsəbəsinin bir hissəsinə, Suraxanı rayonunun Hövsan qəsəbəsinə, Tərtər rayonunun bir hissəsinə, Sabunçu rayonunun Maştağa qəsəbəsinə, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinə, Xutor adlanan yaşayış sahəsinə, 6, 7, 8 və 9 mikrorayonlara təbii qazın verilişində fasilələr yaranacaq.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət