“Kapital Bank” yaxın 3 il üçün strateji fəaliyyət planı hazırlayır. Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev "Consulting&Business” jurnalına müsahibəsində belə söyləyib.
“Bu sənəddə bank tərəfindən biznes və korporotiv sektorun, eləcə də pərakəndə satış sahələrinin strateji inkişaf məqsədləri öz əksini tapacaq”, - deyə R.Allahverdiyev vurğulayıb.
““Kapital Bank” universal bankdır və maliyyə bazarının aktiv iştirakçısı olaraq həm işgüzar və korporativ bankinq sahəsində, həm də pərakəndə sektorda mühüm nailiyyyətlərə imza atıb. Hesab edirəm ki, gələcəkdə də bu sektorlardan hər biri bizim üçün eyni dərəcədə prioritet təşkil edcək”, - deyə o əlavə edib.
R.Allahverdiyev həmçinin qeyd edib ki, bank gələcəkdə korporativ müştərilərə göstərilən xidmətləri genişləndirməyi və yaxşılaşdırmağı planlaşdırır. “Biz kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində də müəyyən planlar qurururq. Kiçik və orta biznes layihələrinə maliyyə dəstəyinin artırılması bizə ölkədə bu sahənin inkişafına öz töhfəmizi verməyə imkan yaradacaq”, - deyə İdarə Heyətinin sədri bildirib.
“Bankın cari kredit siyasətinə uyğun olaraq biz iqtisadiyyatın digər sahələrinin kreditləşdirilməsinə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin dəstəklənməsinə də diqqət ayıracağıq. Bununla yanaşı, bank müştərilərin böyük məbləğdə vəsaitə ehtiyacını təmin etmək üçün kapitalın həcminin artırılmasını davam etdirir”, - deyə o əlavə edib.
Hazırda bankın verdiyi korporativ kreditlər ölkə iqtisadiyyatının daha çox inkişaf etmiş istehsal, emal, tikinti, enerji və kommunikasiya sektorlarını əhatə edir.
"Kapital Bank" 2005-ci il yanvarın 26-da fəaliyyətə başlayıb. Bankın səhmdarları “Pasha Holding” (99,8%) və fiziki şəxslərdir (0,2%).
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət