SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Bulla-dəniz” yatağındakı 90 saylı kəşfiyyat quyusunda qaz fontanının təcrid edilməsi işlərinə başlayıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Bulla-dəniz” yatağındakı 90 saylı quyuda baş vermiş qəzanın aradan qaldırılması üçün ARDNŞ prezidentinin əmri ilə komissiya yaradılıb.
ARDNŞ-nin vitse-prezidenti Rəhman Qurbanovun sədrlik etdiyi komissiyanin tərkibinə şirkətin və Fövqəladə Hallar Nazirliyinin fontana qarşı mübarizə və yanğından mühafizə üzrə təcrübəli mütəxəssisləri daxil edilib.
Bazar ertəsi komissiyanın birinci iclası keçirilib. “BP-Azərbaycan” şirkətinin kömək üçün ARDNŞ-yə müraciəti nəzərə alınaraq, bu şirkətin nümayəndələri də müşavirəyə dəvət olunublar. İclasda qəza baş vermiş obyektdə vəziyyət haqda məlumatlar və bu vəziyyətdən çıxış yolları haqqında təkliflər, o cümlədən “BP-Azərbaycan” şirkətinin təklifləri dinlənilib”, - deyə məlumatda bildirilir.
Müzakirələrdən sonra iştirakçıların yekdil rəyinə əsasən, yanğının söndürülməsi işinin ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş hissəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturlarının birgə səyləri əsasında həyata keçirilməsi qərara alınıb.
Müşavirədə qəzanın aradan qaldırılması üzrə ilkin proqram hazırlanıb, fontanın təcrid edilməsi üçün görüləcək işlər müzakirə olunub, müvafiq strukturlara konkret tapşırıqlar verilib. Həmin tapşırıqlar əsasında quyuda təcridetmə üzrə hazırlıq işlərinə başlanılıb.
Xəbər verildiyi kimi, “Bulla-dəniz” yatağının şimal-şərq qanadında 29 №-li özüldən qazılmış 90 saylı kəşfiyyat quyusunda 17.08.2013-cü il tarixində gecə saat 23 radələrində 5868 metr dərinlikdə qazma zamanı qaz təzahürləri müşahidə olunub. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib.
Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər evakuasiya olunaraq sahilə çıxarılıblar. Hal-hazırda özülün ətrafında yanğınsöndürən gəmilər yanğına nəzarət edir. Quyunun bağlanması üçün tədbirlər planı hazırlandıqdan sonra yanğının söndürülməsinə başlanacaq.
Quyuda qazma işlərinə 2012-ci ilin noyabr ayında başlanılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət