Sentyabrın 4-də Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 67-ci sessiyası zamanı Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülmüş “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsinin yaradılması çərçivəsində Avrasiya Bağlantı Alyansı (ABA) üzrə qətnamənin müzakirə edilməsi gözlənilir. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytında məlumat verilir.
Azərbaycan tərəfindən "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamənin müzakirəsinə həsr olunmuş sessiyada rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, BMT-nin iqtisadi və sosial məsələlər üzrə baş direktorunun müavini Vu Hunqbo, ABŞ-ın dövlət katibinin informasiya siyasəti və beynəlxalq kommunikasiyalar üzrə əlaqələndiricisi Daniel Sepulvelda, Litva və Macarıstanın rabitə administrasiyalarının rəhbər nümayəndələri, Ümumdünya İqtisadi Forumunun informasiya texnologiyaları və telekommunikasiyalar rəhbəri Alan Markus, “Orbital Sciences Corporation” və “Turk Telecom” şirkətlərinin rəhbərləri iştirak edəcəklər.
Qətnamə layihəsi "Trans-Avrasiya Super İnformasiya Magistralı" haqda 67/194 saylı qətnamənin davamıdır və davamlı inkişaf üçün informasiya-kommunikasiya texnologiyalarının istifadəsi sahəsində regional və beynəlxalq əməkdaşlığı asanlaşdırmaq üçün bir platforma kimi Avrasiya Bağlantı İttifaqının təsis olunması təklifini nəzərdə tutur.
Qətnamə layihəsi bu ilin sentyabr ayının 28-dən gec olmamaq şərtilə razılaşdırılmalı və BMT Katibliyinə təqdim olunmalıdır. Hazırda qətnamə layihəsi üzrə BMT-yə üzv dövlətlər arasında intensiv məsləhətləşmələr aparılır.
BMT Baş Assambleyasının qətnaməsi əsasında Azərbaycan layihənin reallaşdırılması üçün əlaqələndirici seçilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət