İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2013-cü ilin yanvar-iyul aylarında fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 66,609 min müqavilə bağlayıblar. Bu barədə büronun məlumatında deyilir.
"Ötən ilin analoji dövrü ilə müqayisədə bağlanmış müqavilələrin sayı 16,21% artıb", - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti 2013-cü ildə fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası üzrə ən azı 150 min müqavilənin bağlanmasını gözləyir.
2012-ci ildə sığorta şirkətləri fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 125,195 min müqavilə bağlayıblar və bu müqavilələr çərçivəsində 11 mln. 392,973 min manat sığorta haqqı əldə ediblər.
Daşınmaz əmlakın icbari sığortası bütün növ tikililərə, fiziki şəxslərə məxsus yaşayış evlərinə, mənzillərə, hüquqi şəxslərə məxsus ofislərə və dövlət əmlakına şamil edilir. Yanğın, partlayış, elektrik şəbəkəsində qısa qapanma, kanalizasiya və su sistemlərində qəza, təbii fəlakətlər və s. nəticəsində əmlaka ziyan dəyməsi faktları sığorta hadisəsi hesab olunur.
Bakıda daşınmaz əmlakın sığorta məbləğinin maksimal həddi 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manat, digər yaşayış məntəqələrində 15 min manat təşkil edir.
Bu sığorta növü üzrə tarif sığorta məbləğinin həcminin 0,2%-ni təşkil edir.
Azərbaycanda 12 sığorta şirkətinin daşınmaz əmlakın icbari sığortası üzrə xidmət göstərmək üçün lisenziyası var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət