Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2013-cü ilin sentyabr-dekabr aylarında Azərbaycanda əmək pensiyalarının baza hissəsinin artırılmasının maliyyələşdirilməsi üçün 73,2 mln. manat vəsait ayıracaq. Bu barədə fondun rəhbəri Səlim Müslümov çərşənbə günü mətbuat konfransında məlumat verib.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev bir gün əvvəl əmək pensiyalarının baza hissəsinin 2013-cü il yanvarın 1-dən 85 manatdan 100 manata qədər artırılması haqqında sərəncam imzalayıb.
“Bu ilin sonuna qədər əmək pensiyalarının baza hissəsinin artırılmasının maliyyələşdirilməsi üçün 73,2 mln. manat tələb olunacaq. DSMF-in büdcəsində bu vəsait var və buna görə də maliyyələşdirmə ilə bağlı problem olmayacaq”, - deyə S.Müslümov qeyd edib.
Onun sözlərinə görə, 2013-cü il iyulun 1-nə Azərbaycanda 1 mln. 272,566 min pensiyaçı var. “Pensiyaların baza hissəsinin artırılması 1 mln. 209,135 min pensiyaçıya şamil ediləcək. Qalan 63,431 min pensiyaçı hərbi və dövlət qulluqçularıdır. Onların pensiyası qanunvericiliyə müvafiq olaraq fərdi qaydada artırılır”, - deyə o bildirib.
DSMF sədri əlavə edib ki, pensiyaların baza hissəsinin artırılması bir sıra kateqoriyadan olan vətəndaşların - əlillərin, milli qəhrəmanların ailə üzvlərinin, şəhid ailələrinin pensiyalarının həcminin əhəmiyyətli artımına gətirib çıxaracaq. Xüsusilə milli qəhrəman ailələrinin baza pensiyası 30 manat artaraq 200 manatadək, şəhid ailələrinin baza pensiyası 27,75 manat artaraq 185 manatadək təşkil edəcək.
O deyib ki, əmək pensiyalarının baza hissəsinin artması Azərbaycanda orta pensiyanın 170 manatadək artımına səbəb olacaq. Son 10 ildə isə Azərbaycanda orta pensiya 9,2 dəfə artıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət