Ermənistan xarici ölkələrin rəsmi və qeyri-rəsmi şəxslərini işğal etdiyi Dağlıq Qarabağa aldadaraq aparır. Bu barədə cümə günü jurnalistlərə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov söyləyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağa bir dəfə səfər edən xarici ölkələrin rəsmi şəxsləri bu bölgəyə bir də getmirlər: “Ermənistana səfər edən xarici ölkə rəsmiləri aparıldıqları bütün ərazilərin Ermənistan olduğunu güman edirlər. Yəni onlar Ermənistana gedirlər, sonradan məlum olur ki, həm də Dağlıq Qarabağa aparılıblar. İkinci dəfə Qarabağa gedən xarici ölkə rəsmisi yoxdur. Bunun özü ermənilərin belə səfərləri riyakarlıqla hazırlamasından xəbər verir”, - deyə B.Səfərov qeyd edib.
O deyib ki, Ermənistanın ağır iqtisadi vəziyyəti əhalinin kütləvi şəkildə ölkəni tərk etməsinə səbəb olur.
“Belə ki, aclıq çəkən əsgərlər bizim tərəfə keçməyə üstünlük verirlər. Əgər təhlükəsizliklərindən ehtiyat etməsələr, Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan ermənilər Azərbaycan tərəfə keçər, aclıqlarını bizim çörəyimizlə dəf etmək üçün süfrəmizə oturardılar”,- deyə B.Səfərov vurğulayıb.
O, erməni ictimaiyyətinə müraciət edərək, bütün erməniləri öz haqlarını müdafiə etməyə də çağırıb: “Buradan onlara səslənirəm. Üzümü həm Ermənistan, həm də Qarabağdakı ermənilərə tuturam. Yaşadıqlarınız yerdə sizə qarşı haqsızlıq edənlərdən öz hüquqlarınızı tələb edin. Onlara deyin ki, sizə qarşı niyə belə cinayətlər törədirlər. Azərbaycan olaraq, bizim qapımız hamının üzünə açıqdır. Qarabağ erməniləri unutmasınlar ki, onlar Azərbaycan vətəndaşlarıdır. Bayrağımızın altından keçən hər bir erməniyə çörək verməyə hazırıq”, - deyə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri bildirib.
Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Bakıda keçirilən ASAİF-in IX Yay Forumunda çıxışı zamanı Ermənistanda vəziyyətin fəlakət həddində olduğunu söyləyib.
O bildirib ki, Ermənistanın öz rəsmi statistik göstəricilərinə görə, son illərdə əhalinin 10 faizi ölkəni tərk edib.
“Qeyri-rəsmi mənbələrə görə isə bu rəqəm daha yüksəkdir. Bu prosesdə gənclər daha fəaldırlar, onlar öz gələcəklərini boş yerə qurban vermək istəmirlər. Yaranmış vəziyyətin əsas səbəbi ermənilərin öz dövlətlərinə, rəhbərlərinə inamını itirməsidir. İnam isə iqtisadi fəaliyyətin əsasını təşkil edir. Əks təqdirdə nə daxili, nə xarici sərmayələri cəlb etmək qeyri-mümkündür”, - deyə E.Aslanov vurğulayıb.
Onun szölərinə görə, bu gün Ermənistan iqtisadiyyatı daxili maliyyə imkanlarının məhdudluğu, xarici kapitalın çatışmazlığı, insan kapitalının xaricə axını məsələlərinin həllində acizlik nümayiş etdirir.
“Ermənistan dövlət büdcəsinin mühüm hissəsi diasporun ianələri hesabına formalaşır. Bu vəsaitlər əlbəttə, hər hansı bir fondun saxlanmasına kifayət edər, lakin Ermənistan fond deyil, o bir dövlətdir və dövlət kimi iqtisadi fəaliyyətin inkişafı hesabına öz büdcəsini formalaşdırmalıdır. Diasporun ianələrindən başqa Ermənistan real gəlir imkanlarından məhrumdur”, - deyə E.Aslanov söyləyib və əlavə edib ki, Ermənistan heç bir regional əməkdaşlıq layihəsində iştirak etmir.
“Ermənistanın ümumi dövlət büdcəsi Azərbaycanın hərbi sahəyə ayırdığı xərclər səviyyəsindən də aşağıdır. Ermənistanın bugünkü durumu onun gələcəyi haqqında obyektiv fikir formalaşdırmağa imkan verir və haqlı suallar doğurur. İqtisadi tənəzzülün doğurduğu vəziyyət siyasi müstəviyə birbaşa sirayət edir. Vətəndaşlar vaxtaşırı öz narazılığını bildirir, hazırkı iqtidara etimadsızlığını nümayiş etdirir”, - deyə şöbə müdiri bildirib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin yaramaz siyasəti ölkəni uçuruma aparır.
“Hər bir dövlət özü öz gələcəyini təyin edir. Ermənistan isə öz rəhbərliyinin girovuna və artıq bir dövlətin deyil, bir neçə geosiyasi mərkəzin forpostuna çevrilir. Ermənistanın bu siyasəti onun dövlət kimi iflasına, siyasi xəritədə yalnız boş ərazi kimi qalmasına səbəb olacaq”, - deyə E.Aslanov vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət