Rəsmi Pekin tezliklə Çinin Ermənistana hücum xarakterli silahlar satması barədə bir sıra KİV-lərdə yayılan məlumatlarla bağlı vəziyyəti aydınlaşdıracaq. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Fərhad Məmmədov belə hesab edir.
“Mənə elə gəlir ki, Çin tərəfi tezliklə bu ölkənin Ermənistana hücum xarakterli silahlar satması barədə bir sıra KİV-lərdə yayılan xəbərlərlə bağlı rəsmi bəyanatla çıxış edəcək”, - deyə o, cümə günü jurnalistlərə bildirib.
F.Məmmədov qeyd edib ki, Çin hər zaman bəyan edib ki, Dağlıq Qarabağ probleminə bənzər münaqişələrdə işıtirak edən ölkələrə silah satarkən müqavilələr yalnız müdafiə xarakterli silahları əhatə edəcək.
Bakı və Pekinin qarşılıqlı münasibətlərinə toxunan F.Məmmədov qeyd edib ki, Çin Azərbaycanın ən iri tərəfdaşıdır.
“Azərbaycanla Çinin mal dövriyyəsi $1 mlrd.-ı ötür ki, bunun da böyük hissəsi (95%) neft sektorunun payına düşür. Azərbaycan iqtisadiyyatının şaxələnməsinə çalışan ölkə kimi mal dövriyyəsi qeyri-neft sektoruna əsaslanan ölkələrə böyük ümidlərlə baxır”, - deyə SAM direktoru bildirib.
F.Məmmədovun sözlərinə görə, bu gün Orta Asiya regionunda Çinlə reallaşdırılan iri nəqliyyat layihələri, xüsusilə Çindən Qazaxıstana və Türkmənistana dəmir yolu qolunun tikintisi Azərbaycan üçün əhəmiyyət kəsb edir.
“Bu nəqliyyat arteriyaları Asiya və Avropa arasında körpü rolunu oynamaq istəyən Azərbaycan üçün çox vacibdir”, - deyə o vurğulayıb.
Bununla yanaşı, F.Məmmədovun sözlərinə görə, Çinin texnoloji tərkib hissəsi də Azərbaycana maraqlıdır.
“Azərbaycan tərəfi Azərbaycanla İKT sahəsində əməkdaşlığın qurulmasına böyük maraq göstərir. Bu sahə Azərbaycanın ilk peykinin kosmosa buraxılması fonunda daha çox aktuallıq kəsb etməyə başlayıb”, - deyə o vurğulayıb.
F.Məmmədovun fikrincə, Azərbaycan Olimpiya Oyunlarının keçirilməsi sahəsində Çinin təcrübəsindən yararlanmağı da vacib hesab edir. O deyib ki, SAM üzvlərinin bu yaxınlarda Pekinə baş tutmuş səfəri zamanı bu məsələlər ətrafında müzakirələr aparılıb.
“Həmçinin qeyd etmək istərdim ki, Çinin yeni rəhbərliyi daxili bazarın inkişafı üçün tamamilə yeni kurs götürüb. Çində adambaşına düşən ÜDM Azərbaycanla müqayisədə aşağıdır. Bununla yanaşı, rəsmi Pekin ölkənin uzunmüddətli inkişafının tərkib hissəsi kimi daxili istehlak həcmlərinin artmasına xüsusi diqqət yetirir. Bu istiqamətdə Azərbaycan Çinə təkliflər edə bilər. Axı Çin böyük bazardır”, - deyə SAM rəhbəri əlavə edib.
O qeyd edib ki, Çin tərəfi yaxın bir neçə il ərzində İlham Əliyevin Pekinə rəsmi səfər etməsində maraqlıdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət