"Baku Steel Company" MMC Hövsan qəsəbəsində yeni metallurgiya zavodunun tikintisi üçün subpodratçı seçimi üzrə tender elan edib. Bu barədə şirkətin elanında deyilir.
Subpodratçı zavodda ümumi tikinti, dəmir-beton və metal konstruksiyalarla əlaqədar işləri həyata keçirməlidir.
Tender təkliflərinin qiymətləndirilməsi zaman aşağıdakı meyarlar nəzərə alınacaq: analoji işlərin həyata keçirilməsi sahəsində təcrübə, kadr potensialı, maliyyə və texniki imkanlar, sərfəli qiymət.
Tender üzrə təkliflər sentyabrın 30-na qədər qəbul ediləcək, tender proseduru oktyabrın 3-də baş tutacaq.
Xəbər verildiyi kimi, zavod üçün avadanlığın tədarükçüsü Almaniyanın "Siemens VAI" şirkətidir. “Siemens VAI” şirkəti ilə müqavilənin dəyəri 100 mln. avro təşkil edir. Layihə çərçivəsində fasiləsiz tökmə maşınları və ən qabaqcıl texnologiyalarla təchiz edilmiş zavodun inşası nəzərdə tutulur. Müəssisənin gücü ildə 750 min ton məhsul istehsal etməyə imkan verəcək. Zavod Hövsan dəniz limanı ərazisində inşa ediləcək. Şirkət zavodun nə zaman istismara veriləcəyi barədə məlumat vermir.
"Baku Steel Cоmpany" MMC Azərbaycanda və Qafqaz regionunda aparıcı poladəritmə müəssisəsidir. Müəssisə 2001-ci il iyunun 21-də istifadəyə verilib.
“Baku Steel Company” 2001-ci ildə özəlləşdirilmiş “Bakıelektroqaynaq” ASC-nin (Bakı poladəritmə zavodu) bazasında yaradılıb. Müəssisə istehsal etdiyi məhsulu Rusiya, Gürcüstan, Türkmənistan və İrana ixrac edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət