MDB Parlamentlərarası Assambleyasının Azərbaycanda prezident seçkilərinin uzunmüddətli müşahidəsini həyata keçirən ekspert qrupunun üzvləri Gəncə şəhərində seçkiöncəsi vəziyyətlə tanış olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
“MDB Parlamentlərarası Assambleyasının sədri Valentina Matviyenkonun tapşırığına əsasən, ekspert qrupunun üzvləri respublikanın regionlarına səfər edəcək və burada seçkilərə hazırlığın gedişini və onun Azərbaycanın seçki qanunvericiliyinə uyğun olub-olmadığını müşahidə edəcəklər”, - deyə MDB Parlamentlərarası Assambleyasının Beynəlxalq Monitorinq İnstitutunun direktor müavini Dmitri Qladey bəyan edib. Onun sözlərinə görə, bu dövr ərzində müşahidəçilər dairə seçki komissiyaları tərəfindən qanunun aliliyinin təmin olunması, seçki dairələrinin hazırlıq dərəcəsi, seçkilərin demokratikliyinin təmin edilməsi üzrə inzibati orqanların fəaliyyəti, Konstitusiyanın tələblərinin icrası, seçki prosesi iştirakçıları üçün yaradılan şəraitə dair məlumat toplayacaqlar.
D.Qladeyin sözlərinə görə, seçkidən öncə toplanan məlumat səsvermə günü seçkilərin monitorinqini həyata keçirəcək MDB parlamentarilərinə təqdim olunacaq ki, onlar özləri üçün lazımi nəticələr çıxarsın.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ilə görüşən ekspert qrupuna söz verilib ki, azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün bütün lazımi tədbirlər görüləcək.
Gəncədə dairə və məntəqələrdə yaradılan şəraitlə tanış olan ekspert qrupu daha sonra Şəmkir şəhərinə yola düşüb.
Gəncədə dörd dairə seçki komissiyası fəaliyyət göstərir, onların tərkibinə 104 məntəqə seçki komissiyası daxildir.
Azərbaycanda prezident seçkiləri 9 oktyabr 2013-cü il tarixində keçiriləcək.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət