SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) yanğının davam etdiyi “Bulla-dəniz” yatağındakı 90 saylı quyuda avadanlığın təmizlənməsini başa çatdırıb. Bu barədə şirkətin saytında məlumat verilir.
Özül “Şirvan” və “Z.Hacıyev” kran gəmiləri vasitəsi ilə yanğın zamanı çökmüş qülləaltı postamentin elementlərindən başqa bütün avadanlıqlardan tam təmizlənib. Qəzanın aradan qaldırılması üzrə bundan sonra aparılacaq əməliyyatlarda iştirak etmək üçün ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin Fontana qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin və Fövqəladə Hallar Nazirliyinin yüksək ixtisaslı mütəxəssisləri ilə birlikdə bu sahədə böyük təcrübəyə malik Amerikanın “Boots & Coots international Well Control” şirkətinin nümayəndələri də dəvət olunublar.
Məlumata görə, quyunun bağlanmasında ”Qurban Abbasov” kran gəmisinin gücündən istifadə olunacaq. Hal-hazırda kran gəmisində müvafiq hazırlıq işləri görülür.
Xəbər verildiyi kimi, avqustun 17-də axşam “Bulla-dəniz” yatağının şimal-şərq qanadında 29 saylı dəniz özülündəki 90 saylı quyuda yanğın baş verib. Gecə saat 23.00-da 5868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Kəsilişə görə bu dərinlik məhsuldar qatın VIII horizontunun ortasına uygun gəlir. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib.
Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər evakuasiya olunaraq sahilə çıxarılıblar. Hal-hazırda özülün ətrafında yanğınsöndürən gəmilər yanğına nəzarət edir. Quyuda qazma işlərinə 2012-ci ilin noyabr ayında başlanılıb.
“Bulla-dəniz” yatağındakı 90 saylı quyuda baş vermiş qəzanın aradan qaldırılması üçün ARDNŞ prezidentinin əmri ilə komissiya yaradılıb.
Komissiyanin tərkibinə şirkətin və Fövqəladə Hallar Nazirliyinin fontana qarşı mübarizə və yanğından mühafizə üzrə təcrübəli mütəxəssisləri daxil edilib.
Artıq qəzanın aradan qaldırılması üzrə ilkin proqram hazırlanıb, fontanın təcrid edilməsi üçün görüləcək işlər müzakirə olunub, müvafiq strukturlara konkret tapşırıqlar verilib. Həmin tapşırıqlar əsasında quyuda təcridetmə üzrə hazırlıq işlərinə başlanılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət