Azərbaycan Dünya İqtisadi Forumunun (World Economic Forum, WEF) rəqabətlilik reytinqində mövqeyini yaxşılaşdırıb.
2013-2014-cü illər üçün Qlobal Rəqabətlilik Hesabatına (Global Competitiveness Report) əsasən, Qlobal Rəqabətlilik İndeksinə (Global Competitiveness Index) görə qiymətləndirilməsi aparılan 148 ölkə arasında Azərbaycan 39-cu pillədə qərarlaşıb. Ötən il ölkə 144 ölkə arasında 46-cı yeri tutmuşdu.
Hesabata əsasən, Azərbaycan institutların inkişaf səviyyəsinə görə 59-cu, infrastrukturun inkişaf səviyyəsinə görə 69-cu, makroiqtisadi sabitliyə görə 8-ci, səhiyyə və ibtidai təhsilə görə 109-cu, ali təhsilə görə 87-ci, maliyyə bazarlarının inkişafına görə 88-ci, əmtəə bazarının effektivliyinə görə 71-ci, əmək bazarının effektivliyinə görə 30-cu, texnoloji hazırlığa görə 50-ci, bazarın həcminə görə 72-ci, innovasiyalara görə 51-ci, biznesə yardıma görə 70-ci yeri tutub.
Hesabatda Azərbaycanın ÜDM-in həcminə görə 68-ci yeri tutduğu bildirilir.
Reytinqdə Azərbaycan audit standartlarına uyğunluq üzrə 99-cu, minoritar səhmdarların müdafiəsi üzrə 84-cü, investorların müdafiəsi üzrə 25-ci, əqli mülkiyyətin müdafiəsi üzrə 69-cu, mübahisələrin nizamlanmasında hüquq sisteminin effektivliyi üzrə 64-cü, şirkətlərin Direktorlar Şurasının effektivliyi üzrə 66-cı, dövlət siyasətinin şəffaflığı üzrə 43-cü, dövlət xərclərinin israf edilməsi üzrə 41-ci yeri tutub.
Bundan başqa, Azərbaycan infrastrukturun keyfiyyətinə görə 55-ci, avtomobil yollarının keyfiyyətinə görə 74-cü, dəmiryol infrastrukturunun keyfiyyətinə görə 36-cı, hava nəqliyyatı infrastrukturunun keyfiyyətinə görə 48-ci, liman infrastrukturunun keyfiyyətinə görə 60-cı, əhalinin mobil telefonlarla təminatının səviyyəsinə görə 78-ci yeri tutub.
Hesabata əsasən, Azərbaycan vergiqoymanın effektivliyinə görə 76-cı, antiinhisar qanunvericiliyinin effektivliyinə görə 127-ci, biznesin qeydiyyatı prosedurlarının sayına görə 47-ci, biznesin qeydiyyata alınması üçün lazım olan vaxta görə 34-cü yeri tutub.
Artıq beşinci ildir ki, yekun reytinqə İsveçrə başçılıq edir. İlk onluğa həmçinin Sinqapur, Finlandiya, Almaniya, ABŞ, İsveç, Honkonq, Niderland, Yaponiya və Böyük Britaniya daxil olub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət