Azərbaycan Mərkəzi Bankı (AMB) kiçik nominallı sikkələri dövriyyədən çıxarmağı planlaşdırmır. Bu barədə cümə günü jurnalıstlərə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
“AMB müntəzəm olaraq ticarət şəbəkəsində araşdırmalar aparır. Bu monitorinqlər kiçik nominallı sikkələrə tələbat olduğunu göstərir. Manat möhkəmlənir, inflyasiya aşağı səviyyədədir, buna görə də biz bu sikkələrin dövriyyədən çıxarılmasına zərurət görmürük. Əksinə, biz onları sifariş verməkdə və ölkəyə gətirməkdə davam edəcəyik”,- deyə E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, hazırda AMB milli valyutanın dizaynının dəyişdirilməsi və yeni nominallı banknotların buraxılması təkliflərini nəzərdən keçirmir. Bununla belə, AMB sədr gələcəkdə belə qərarların qəbul edilə biləcəyini istisna etməyib.
“Bunun üçün makroiqtisadi vəziyyətin nə zaman əlverişli olacağı hələ ki, məlum deyil. Daha böyük nominallı banknotun və belə olan halda bir manat nominalında sikkənin buraxılması istisna edilmir. Lakin indi bu istiqamətdə konkret heç bir addım atılmır”, - deyə o qeyd edib.
Hazırda Azərbaycanda 1, 3, 5, 10, 20 və 50 qəpik nominalında sikkələr, eləcə də 1, 5, 10, 20, 50 1,5,10,20,50,100 manat nominalında banknotlardan istifadə olunur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət