Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və Rusiyanın “MFX GROUP” holdinqi əməkdaşlığa dair razılığa gəliblər.
Cümə günü ADİU-da universitetin rektoru Şəmsəddin Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə holdinqin prezidenti İqor Volkovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə əməkdaşlıq imkanları müzakirə olunub.
Holdinq kitab və dərs vəsaitlərinin birgə nəşrini, rus dilindəki dərs vəsaitlərinin Azərbaycan dilinə tərcümə edilməsini təklif edib.
“Əməkdaşlıq çərçivəsində holdinq tərəfindən universitetə materiallar təqdim olunacaq. Universitetin mütəxəssisləri bu materialları redaktə edəcək və Azərbaycan reallıqlarına uyğunlaşdıracaqlar”, - deyə holdinqin MDB ölkələrindəki ofislərinin rəhbəri Yevgeni Jidkov bildirib.
Onun sözlərinə görə, bu, fond və valyuta birjalarına dair vəsaitlər olacaq.
Universitetin rektoru dərs vəsaitlərinin nəşrinə dair əməkdaşlıq təklifini bəyəndiyini söyləyib.
“Bu, yaxşı təklifdir. Mən bunu bəyənirəm və necə deyələr, “yaşıl işıq” yandırıram. Biz sizinlə əməkdaşlığa şad olarıq”, - deyə Ş.Hacıyev bildirib.
Rektor yalnız dərs vəsaitlərinin nəşri sahəsində deyil, həm də fond bazarının öyrənilməsi sahəsində əməkdaşlığa hazır olduqlarını deyib.
“Azərbaycanda fond bazarı o qədər də inkişaf etməyib. Bu, bizim xarici məkanda daha stabil olmağımız baxımından yaxşıdır. Bizim üçün Rusiya hər zaman əməkdaşlığın proritet istiqaməti olub. Bunu nəzərə alaraq demək istəyirəm ki, biz sizinlə əməkdaşlığa hər zaman şadıq”, - deyə o qeyd edib.
“Bizim rus dilində təhsil alan tələbələrimiz var və onların sayı kifayət qədər çoxdur. Əməkdaşlıq edə biləcəyimz istiqamətlər var. Biz forumlar, dəyirmi masalar, konfranslar və bir çox digər tədbirlər təşkil edə bilərik”, - deyə rektor əlavə edib.
Holdinqin prezidenti İqor Volkov “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri ilə söhbət zamanı səfərdə qarşıya qoyulmuş məqsədə çatdıqlarını bildirib.
“Universitet rəhbərliyinin əməkdaşlığa “yaşıl işıq” yandırması çox şeydən xəbər verir. Yalnız sənədlərin imzalanmasından ibarət olan formal işlər qalıb. Mən artıq bu gün öz əməkdaşlarımla əlaqə saxlayacağam və işə başlamaq üçün bütün lazımi materialların hazırlanmasına göstəriş verəcəm”, - deyə İ.Volkov söyləyib.
Onun sözlərinə görə, universitetə səfərin ikinci məqsədi azərbaycanlı mütəxəssislərlə təcrübə mübadiləsi aparmaqdır.
“Bu, çox vacib məqamdır, çünki bu bazar yeni-yeni yaranır və potensial olaraq bu, çox maraqlıdır”, - deyə İ.Volkov bildirib..
“MFX GROUP” holdinqi sentyabr ayının 5-də Azərbaycanda öz ofisini (“MFX GROUP-Azerbaijan”) açıb. Təqdimat mərasimi “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilib.
Şirkətin əsas məqsədi müştərinin fəaliyyəti üçün bütün lazımi şəraitin tədim edilməsidir. İlkin mərhələdə holdinq yeni başlayan treyderlər üçün seminarlar keçirməyi planlaşdırır. Bundan başqa, treyderlər üçün pulsuz hesabların təqdim edilməsi nəzərdə tutulur.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət