SOCAR şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Bulla-dəniz” yatağındakı 90 saylı quyunun ətrafında ətraf mühitin monitorinqini həyata keçirib. Bu barədə şirkətin saytında dərc edilmiş məlumatda qeyd olunur.
Monitorinqdə vizual müşahidələr zamanı dəniz səthində neft və kondensat ləkələri müşahidə edilməyib.
SOCAR-ın mütəxəssisləri üç stansiyadan dəniz dibindən dib çöküntüləri, bentos nümunələri, dəniz suyunda fitoplankton və zooplankton nümunələri götürüblər. Hazırda Kompleks Tədqiqatlar Laboratoriyasında götürülmüş nümunələr üzrə təhlil aparılır.
Tədbirlər planına əsasən, quyu ətrafında ətraf mühitin monitorinqi davam etdiriləcək.
Xəbər verildiyi kimi, avqustun 17-də axşam “Bulla-dəniz” yatağının şimal-şərq qanadında 29 saylı dəniz özülündəki 90 saylı quyuda yanğın baş verib. Gecə saat 23.00-da 5868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Kəsilişə görə bu dərinlik məhsuldar qatın VIII horizontunun ortasına uygun gəlir. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər evakuasiya olunaraq sahilə çıxarılıblar. Hal-hazırda özülün ətrafında yanğınsöndürən gəmilər yanğına nəzarət edir.
Quyuda qazma işlərinə 2012-ci ilin noyabr ayında başlanılıb.
90 saylı quyuda baş vermiş qəzanın aradan qaldırılması üçün SOCAR prezidentinin əmri ilə komissiya yaradılıb. Komissiyanin tərkibinə şirkətin və Fövqəladə Hallar Nazirliyinin fontana qarşı mübarizə və yanğından mühafizə üzrə təcrübəli mütəxəssisləri daxil edilib.
Artıq qəzanın aradan qaldırılması üzrə ilkin proqram hazırlanıb, fontanın təcrid edilməsi üçün görüləcək işlər müzakirə olunub, müvafiq strukturlara konkret tapşırıqlar verilib. Həmin tapşırıqlar əsasında quyuda təcridetmə üzrə hazırlıq işlərinə başlanılıb.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət