Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortası üçün sığorta şirkətinin seçimi üzrə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Tender elanına əsasən, potensial iştirakçılar tibbi sığorta üzrə tariflərə və şərtlərə dair təkliflərini komissiyaya təqdim etməlidirlər. Qalibin seçimi zamanı maliyyə şərtləri, könüllü tibbi sığorta üzrə sığorta paketinin şərtləri, həmçinin korporativ müştərilərə analoji xidmətlərin göstərilməsi təcrübəsi qiymətləndiriləcək.
Tender iştirakçıları son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışını, 2012-ci il üzrə auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatını, Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayışı təqdim etməlidirlər.
Tenderdə iştirakda maraqlı olan şirkətlər tibbi sığorta fəaliyyəti sahəsində korporativ müştərilərə göstərilən xidmətlər haqqında məlumatları əks etdirən sənədi (tenderin əsas şərtlər toplusuna əlavə olunan formada), sığorta qanunvericiliyinə uyğun olaraq onunla əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı iki korporativ müştəri tərəfindən verilən tövsiyə məktubunu, iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılığın (lisenziyanın) surətini Tender Komissiyasına təqdim etməlidirlər.
Şərtlərə görə, AMB işçilərinin tibbi sığortası üzrə tenderin qalibi 2013-cü il noyabrın 26-dan işə başlamalı və 12 ay müddətində bu xidməti göstərməlidir.
Tenderdə iştirak haqqı 150 manat təşkil edir. Tender üzrə təkliflər oktyabrın 28-nə qədər qəbul ediləcək. Tender proseduru oktyabrın 29-da keçiriləcək.
Hazırda AMB-nin əməkdaşları könüllü tibbi sığorta üzrə “PAŞA Sığorta” şirkətində sığortalanıblar.
“PAŞA Holdinq” qrupuna daxil olan “PAŞA Sığorta” şirkəti 2006-cı ilin iyul ayında fəaliyyət üçün lisenziya alıb. ASC 31 sığorta növü üzrə xidmət göstərir. Nizamnamə kapitalı 40 mln. manata, aktivləri 73 mln. manata bərabərdir. Şirkət yığılan sığorta haqlarının və həyata keçirilən ödənişlərin həcminə görə Azərbaycanın sığorta şirkətləri arasında liderdir.
2013-cü ilin 7 ayı ərzində “PAŞA Sığorta”nın sığorta haqları 30 mln. 854,806 min manat, ödənişləri 15 mln. 516,614 min manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət