2003-2012-ci illərdə dövlət büdcəsinin sosial təyinatlı ümumi xərcləri 20,84 mlrd. manat təşkil edib. Bu barədə maliyyə naziri Samir Şərifov hakim Yeni Azərbaycan Partiyasına müsahibəsində məlumat verib.
“10 il ərzində dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin həcmi 7 mlrd. 980,5 mln. manat, təhsil xərcləri 8 mlrd. 133,6 mln. manat, səhiyyə xərcləri 2 mlrd. 943,9 mln. manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri 1 mlrd. 179,8 mln manat, elm xərcləri 602,2 mln. manat təşkil edib”, - deyə S.Şərifov bildirib.
Nazir qeyd edib ki, 2012-ci ildə dövlət büdcəsindən sosialyönümlü xərclərin həcmi 4,7 mlrd. manat təşkil edib, bu isə 2003-cü ilin göstəricisindən 7 dəfə çoxdur.
O əlavə edib ki, 2003-2012-ci illərdə dövlət büdcəsindən sosial infrastruktur obyektlərinin tikintisinə 3 mlrd. 969 mln. manat vəsait ayrılıb. Bu dövrdə təhsil (1 mlrd. 145 mln. manat dəyərində), səhiyyə (515 mln. manat), elm (91 mln. manat) sahəsi obyektləri tikilib və təmir olunub. Qalan məbləğ digər obyektlərin payına düşüb.
Nazir vurğulayıb ki, elektrik enerjisi sektoruna daxili və xarici investisiyalar 3,1 mlrd. manat təşkil edib. Bu vəsait hesabına Azərbaycanda ümumi gücü 2 min 300 meqavat olan 14 yeni elektrik stansiyaları tikilib istifadəyə verilib, yüksək gərginlikli yeni elektrik ötürücüsü xətləri çəkilib.
“2012-ci ildə dövlət büdcəsinin xərcləri 17,4 mlrd. manat təşkil edib, bu isə 2003-cü ilin göstəricisindən 14,1 dəfə çoxdur”, - deyə S.Şərifov əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət