Son 10 il ərzində Azərbaycanda 1 200-dən artıq Avropa şirkəti qeydiyyatdan keçib. Bu barədə çərşənbə günü jurnalistlərə iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib.
“Bu şirkətlər əsasən tikinti, sənaye, alternativ enerji, bank sektoru, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərir”, - deyə S.Həsənova vurğulayıb.
Nazir müavini qeyd edib ki, Avropa şirkətləri Azərbaycan iqtisadiyyatının fəal iştirakçılarıdır.
“Avropa şirkətlərinin qabaqcıl təcrübəsindən istifadə edərək biz prioritet təşkil edən qeyri-neft sektorunu sürətlə inkişaf etdirə biləcəyik”, - deyə o bildirib.
“Avropa bazarı Azərbaycan üçün çox mühümdür. Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 45%-i Avropa ölkələrinin payına düşür. Əmtəə dövriyyəsinin strukturunda əsas hissəni təbii ki, neft və neft məhsulları tutur. Strategiyamıza əsasən, biz ixracı şaxələndirmək niyyətindəyik. Məqsəd qeyri-neft məhsullarının ixrac həcminin artırılmasıdır”, - deyə S.Həsənova əlavə edib.
Çərşənbə günü Bakıda I Avropa-Azərbaycan İnvestisiya Konfransı keçirilib.
Tədbirdə 12 ölkədən 190-dan çox iş adamı iştirak edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət