Azərbaycanın milli telekommunikasiya peykinin resurslarından mobil rabitə və bankçılıq sahəsində çalışan şirkətlər istifadə edə bilərlər. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) saytında məlumat verilir.
“Misal üçün, banklar yerüstü rabitə infrastrukturu olmayan və ya olduğu halda istifadəsi baha başa gələn dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrində öz bankomatlarını və ya xidmət ofislərini quraraq onları peyk rabitəsinə əsaslanan VSAT şəbəkəsi vasitəsilə baş ofislərlə əlaqələndirə bilər”, - deyə məlumatda qeyd olunur.
Eyni imkanlar mobil rabitə operatorları üçün də mövcuddur: operatorlar üçün şəbəkənin zəif tutduğu və ya tutmadığı məntəqələrdə əlavə tikiləcək yeni qüllələr üçün fiber-optik xətlər çəkməyə və ya çoxsaylı ara qüllələr tikməyə ehtiyac qalmır. “Bunun əvəzində mobil operatorlar son təyinat nöqtəsində sadəcə bir qüllə inşa edərək və orada VSAT peyk antenası quraşdıraraq mərkəzi ATS-lə peyk üzərindən rabitə yaradıb nəticədə keyfiyyətli və kəsintisiz əhatə dairəsini təmin edə bilərlər”, - deyə məlumatda bildirilir.
“Azərkosmos” peyk rabitəsindən yararlanmaq istəyən müəssisə və şirkətlər üçün müvafiq xidmətləri təmin etməyə hazırdı.
“Azerspase-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvineyasında) orbitə buraxılıb.
Xərclərin 5-7 il ərzində çıxarılacağı, peykin istismar olunacağı sonrakı 15 il müddətində isə xalis mənfəət gətirəcəyi ehtimal olunur.
“Azərkosmos” ASC peykin istismarından $420 mln. xalis mənfəət əldə edilməsini gözləyir.
RİTN mütəxəssislərinin fikrincə, milli peykin mövcudluğu keyfiyyətli və etibarlı rabitə, teleyayım təşkil etməyə, kanalların sayını artırmağa imkan verəcək.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət