“Paşa Sığorta” şirkəti 2013-cü ilin yanvar-avqust aylarında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən şirkətlər arasında lider olub. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında məlumat verilir.
Xidmətin məlumatına görə, hesabat dövründə “Paşa Sığorta” 32 mln. 846,460 min manat və ya 2013-cü ilin 8 ayı ərzində bütün sığortaçıların əldə etdiyi sığorta haqlarının 12,36%-i həcmində sığorta haqqı toplayıb.
2013-cü ilin yanvar-avqust aylarının yekunları üzrə toplanmış sığorta haqlarının həcminə görə 10 aparıcı şirkəti bunlardır: “AzSığorta” (28 mln. 656,309 min manat), “Azərsığorta” (27 mln. 138,372 min manat), “Atəşgah” (23 mln. 48,530 min manat), “Paşa Həyat Sığorta” (19 mln. 312,036 min manat), “Atəşgah Həyat” (18 mln. 362,823 min manat), “İpək Yolu Sığorta” (14 mln. 848,119 min manat), “Standard Insurance" (12 mln. 270,439 min manat), "AXA Mbask" (10 mln. 168,350 min manat) və “Beynəlxalq Sığorta Şirkəti” (10 mln. 76,265 min manat).
Hesabat dövründə lisenziyası olan 28 sığorta şirkəti sığorta haqqı toplayıb. Bununla yanaşı, 22 şirkət tərəfindən 1 mln. manatdan çox sığorta haqqı əldə edilib.
2013-cü ilin yanvar-avqust aylarnda ən çox sığorta ödənişi “Paşa Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 17 mln. 541,186 min manat və ya sığortaçıların bütün ödənişlərinin 22,53%-ni təşkil edib.
Həyata keçirilən ödənişlərin həcminə görə 10 aparıcı sığorta şirkəti sırasına həmçinin "Atəşgah" (9 mln. 559,235 min manat), “Azərsığorta” (8 mln. 353,524 min manat), “AzSığorta” (5 mln. 782,620 min manat), "AXA Mbask" (5 mln. 448,714 min manat), “Standard Insurance” (5 mln. 58,732 min manat), "A-Qroup" (4 mln. 245,882 min manat), 2Beynəlxalq Sığorta Şirkəti” (4 mln. 66,381 min manat), “Bakı Sığorta” (2 mln. 786,357 min manat) və “Atəşgah Həyat” (2 mln. 67,679 min manat) daxildir.
Xidmətin məlumatına görə, hesabat dövründə 28 sığorta şirkəti ödəniş həyata keçirib. Bununla yanaşı, yanvar-avqust aylarında 15 sığorta şirkəti 1 mln. manatdan artıq məbləğdə ödəniş edib.
Xəbər verildiyi kimi, 2013-cü ilin yanvar-avqust ayları ərzində sığortaçıların əldə etdiyi sığorta haqlarının ümumi məbləği 265 mln. 711,652 min manat, ödənişləri 77 mln. 846,328 min manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət