Noyabr ayının 4-5-də Bakıda “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” adlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə tədbirin təşkilatçılarından biri olan “Iteca Caspian LLC” şirkətinin məlumatında deyilir.
Konfrans SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) və IDEA (“Ətraf mühit naminə beynəlxalq dialoq”) təşkilatının dəstəyi ilə keçiriləcək.
Konfransda 200 nəfərdən artıq nümayəndənin iştirakı gözlənilir və onlar arasında müxtəlif ölkələrin hökumət təşkilatları və neft-qaz şirkətlərinin nümayəndələri, habelə ekologiya sahəsində fəaliyyət göstərən alimlər və aparıcı mütəxəssislər də var.
Plenar sessiyada ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, IDEA təşkilatının təsisçisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, “BP” şirkətinin vitse-prezidenti Stiv Flin iştirak edəcək.
Bundan başqa, Milli Məclisin sədr müavini, parlamentin Enerji Komitəsinin sədri Valeh Ələsgərov, Britaniya Parlamenti İctimai Palatasının Enerji və İqlim Dəyişikliyi Komitəsinin sədri Hon Tim Yeonun məruzələri dinləniləcək.
Konfransın məqsədi ekologiya sahəsində mövcud olan məsələlərin təhlili ilə yanaşı, həmin məsələlərin beynəlxalq əməkdaşlıq çərçivəsində həll olunmasına dair aktual təkliflərin işlənib hazırlanmasıdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət