Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Fariz Əzizov 2013-2014-cü illər üçün Avrasiya Mərkəzi Depozitarları Assosiasiyasına sədr seçilib. Bu barədə MDM-in saytında məlumat verilir.
Avrasiya Mərkəzi Depozitarları Assosiasiyasının sədri təşkilatın idarə edilməsi üzrə icra orqanı vəzifəsini yerinə yetirərək, Assosiasiyanın ümumi yığıncaqları arasındakı müddətlərdə üzvlər tərəfindən təyin edilmiş qərar və qətnamələrə müvafiq olaraq cari rəhbərliyi həyata keçirir.
Avrasiya Mərkəzi Depozitarları Assosiasiyasının üzvləri MDB ölkələrinin depozitar mərkəzləridir. Assosiasiyanın əsas məqsədi vahid “depozitar məkanı” daxilində depozitar fəaliyyətinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi, ümumdünya hesablaşmalar sisteminə inteqrasiya edilməsinə dəstək göstərilməsidir.
MDM 1997-ci ilin sentyabrında yaradılıb. 1999-cu ildə mərkəz Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin balansına verilib. Bununla əlaqədar 1999-cu ilin sentyabrında MDM təkrar qeydiyyatdan keçirilib. Onun nizamnamə kapitalı 1,4 mln. manat təşkil edir. MDM 1,2 minə yaxın emitentə xidmət göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət