2013-cü ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 10,4 mlrd. manat təşkil edib ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 22,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Kapital qoyuluşlarının ümumi həcmindən 5,2 mlrd. manat (bütün investisiyaların 50%-i) istehsalat təyinatlı, 5,2 mlrd. manat (bütün investisiyaların 50%-i) qeyri-istehsalat təyinatlı obyektlərin inşasına yönəldilib.
Yanvar-avqust ayları ərzində kapital qoyuluşlarının ümumi həcmindən xarici investisiyaların payına (bütün investisiyaların 25,2%-i) 2,6 mlrd. manat, daxili investisiyaların payına təxminən 7,8 mlrd. manat (bütün investisiyaların 74,8%-i) düşüb.
2013-cü ilin yanvar-avqust aylarında neft sektoruna 3,1 mlrd. manat (bütün kapital qoyuluşlarının 29,3%-i), qeyri-neft sektoruna 7,3 mlrd. manat (bütün kapital qoyuluşlarının 70,7%-i) həcmində sərmayə qoyulub.
Hesabat dövründə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları təxminən 6,9 mlrd. manat və ya bütün kapital qoyuluşlarının 66,1%-ni (artım 35,4%) təşkil edib.
Yanvar-avqust aylarında dövlət müəssisə və təşkilatları tərəfindən 6,5 mlrd. manat (bütün investisiyaların 62,5%-i), özəl müəssisə və təşkilatlar tərəfindən 3,9 mlrd. manat (bütün investisiyaların 37,5%-i) həcmində kapital qoyuluşu həyata keçirilib.
Hesabat dövründə müəssisə və təşkilatların vəsaitləri hesabına 4 mlrd. 309,3 mln. manat (artım 20,2%), bank kreditlərinin hesabına 552,7 mln. manat (artım 41,4%), büdcə vəsaitlərinin hesabına 4 mlrd. 864,7 mln. manat (artım 25,5%), büdcədənkənar fondların vəsaitləri hesabına 370,7 mln. manat (artım 5,7%), əhalinin vəsaitləri hesabına 255,3 mln. manat (artım 21,4%), digər mənbələr hesabına 26,1 mln. manat (artım 28,7%) həcmində kapital qoyuluşları həyata keçirilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət