2013-cü ilin yanvar-avqust aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 144,5 mln. ton təşkil edib ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 2,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının ümumi həcminin strukturunda 75,3% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 24,7% dövlət sektorunun payına düşüb.
Hesabat dövründə dəmir yolu ilə 14,9 mln. ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2012-ci ilin yanvar-avqust aylarının göstəricisindən 2% azdır.
Yanvar-avqust aylarında respublikanın dəniz nəqliyyatı ilə 7,8 mln. ton (azalma 8,3%) müxtəlif yük daşınıb. Bununla yanaşı, daşınmış yüklərin 51,7%-i neft və neft məhsullarının, 42,9%-i quru yüklərin payına düşüb.
Bu dövrdə avtomobil nəqliyyatı ilə yük daşımalarının həcmi 83,3 mln. ton (artım 6,5%) təşkil edib.
Yanvar-avqust aylarında daxili neft kəmərləri vasitəsilə 29 mln. ton neft (azalma 2,7%) nəql olunub. Bununla yanaşı, nəqlin bütün həcminin 76,2%-i və ya 22,1 mln. ton Bakı-Tiflis-Ceyhan neft kəmərinin payına düşüb. DSK-nın məlumatına görə, yanvar-avqust aylarında BTC neft kəməri ilə 2,1 mln. ton Türkmənistan nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət