Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) təsis edildiyi gündən 471 min vətəndaşa xidmət göstərib. Bu barədə agentliyin sədri İnam Kərimov çərşənbə günü mətbuat konfransında bəyan edib.
“Səyyar xidmət məntəqələri vasitəsilə 40 min vətəndaşa xidmət göstərilib, ümumilikdə yaradıldığı gündən bəri “ASAN xidmət” 471 min vətəndaşa xidmət göstərib”, - deyə İ.Kərimov vurğulayıb.
O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda iki xidmət mərkəzinin açılması planlaşdırılır. “Hazırda paytaxtda 3 mərkəz fəaliyyət göstərir və onlar 9 rayonun sakinlərinə xidmət edirlər. Yaxın vaxtlarda Bakının Xəzər, Sabunçu və Pirallahı rayonlarına xidmət göstərəcək daha bir mərkəzin açılışı planlaşdırılıb. Bundan başqa, sentyabr ayında Gəncədə bir xidmət mərkəzi açılacaq. Bu mərkəz şəhər və ətraf rayonların sakinlərinə xidmət göstərəcək”, - deyə İ.Kərimov əlavə edib.
Hazırda “ASAN xidmət” ölkənin 25 rayonunu əhatə edir. Bu rayonlarda 14 xidmət mərkəzi fəaliyyət göstərir.
İ.Kərimov qeyd edib ki, xidmət mərkəzləri exit-pollarla təchiz edilib ki, bunun sayəsində də vətəndaşlar göstərilən xidmətlərin keyfiyyətini qiymətləndirə bilirlər.
O əlavə edib ki, “ASAN xidmət” vətəndaşlara biometrik pasportların verilməsinə başlayıb.
“ASAN xidmət” dövlət başçısının sərəncamı ilə 2012-ci il iyulun 13-də yaradılıb.
“ASAN xidmət” çərçivəsində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Miqrasiya Xidməti, Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi vasitəsilə vətəndaşlara 23 növ hüquqi xidmət göstərilir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət