Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 2015-ci ilin sonuna kimi Bakı şəhəri üzrə daşınmaz əmlakın kadastrını və rəqəmli kadastr xəritəsini hazırlamağı planlaşdırır. Bu barədə komitənin məlumatında deyilir.
“Hazırda Bakının Suraxanı və Sabunçu rayonları üzrə daşınmaz əmlakın kadastrının hazırlanması prosesi başa çatır”, - deyə məlumatda qeyd edilir.
Bu işlərlə paralel olaraq 2014-cü ilin əvvəlində Azərbaycanın 53 rayon mərkəzi, onlara bitişik böyük qəsəbə və kəndlərin ərazisində (100 min hektar sahəyə malik) sadə modelli elektron kadastr məlumat bazası və bu ərazilərin rəqəmli kadastr xəritəsi yaradılacaq.
Məlumatda vurğulanır ki, 2013-cü ilin oktyabr ayında Gəncə və Şəki şəhərlərində kadastr layihələrinin reallaşdırılmasına başlanacaq. 2,5 il ərzində bu iki şəhər üzrə elektron kadastr məlumat bazası və rəqəmli kadastr xəritəsi hazırlanacaq.
Bu işlər “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində həyata keçirilir.
Xəbər verildiyi kimi, 2007-ci ilin mart ayında DB-nin Direktorlar Şurası Azərbaycana “Daşınmaz əmlakın qeydiyyatı” layihəsi üzrə $30 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib. Layihənin məqsədi daşınmaz əmlak bazarının dəstəklənməsi və daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyatı sisteminin formalaşdırılmasıdır. Layihənin reallaşdırılması üçün daha $8 mln. Azərbaycan hökuməti tərəfindən ayrılacaq.
Layihə dörd komponenti özündə birləşdirir. Birinci komponent daşınmaz əmlakın qeydiyyatıdır və məqsədi avtomatlaşdırılmış sistemlərin və onlayn xidmətlərin qurulması vasitəsilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində daha səmərəli və sərfəli müştəri xidmətlərinin göstərilməsindən ibarətdir. İkinci komponent dövlət əmlakının idarə edilməsi ilə bağlıdır. Avtomatlaşdırılmış əmlak qeydiyyatı və dövlət əmlakının idarəetmə sistemləri üçün baza geodeziya, xəritə və kadastr məlumatlarının təmin edilməsi layihənin üçüncü komponentini əhatə edir. Dördüncü komponent təlim siyasətinin formalaşdırılması və layihənin idarə olunması məsələsinə aiddir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət