Cümə günü Bakının mərkəzində “BP-Azerbaijan” şirkətinin yeni ofisi açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir. BP Xəzər Mərkəzi 14 mərtəbəli binanın 5-14-cü mərtəbələrində yerləşir və toplantılar üçün 135 otaqdan ibarətdir.
Yeni ofis “BP”nin uzaq məsafədə yerləşən quru və dənizdəki obyektləri ilə birbaşa audio və video bağlantı yaratmaq imkanı verən ən qabaqcıl texnologiyalarla təchiz edilib.
Ofisin tikinti işlərinə 2009-cu ilin sonundan başlanılıb.
Açılış mərasimində SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev və “BP”nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel iştirak edib.
R.Abdullayev jurnalistlərlə söhbət zamanı bildirib ki, bu ofis “BP”nin nümayəndəliyi olmaqla yanaşı, həm də Azərbaycanın inkişafının və ölkəmizin iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələrin göstəricisidir. “Neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan dünya enerji bazarında hesablaşılan üç oyunçudan birinə çevrilib. SOCAR, “BP” və bizim digər tərəfdaşlarımız Azərbaycanın neft-qaz potensialını dövlətin və ölkə vətəndaşlarının mənafeyi naminə istifadə etməyə çalışacağıq”, - deyə R.Abdullayev əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət