2003-2013-cü illər ərzində Azərbaycanda su təchizatı və kanalizasiya sektoruna ümumi investisiyalar 2,8 mlrd. manat təşkil edib. Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov hakim Yeni Azərbaycan Partiyasının saytında dərc edilmiş müsahibəsində məlumat verib.
“Bu investisiyaların 1,8 milyard manatı dövlət büdcəsinin, 779 milyon manatı Dövlət Neft Fondunun, 196 milyon manatı isə xarici maliyyə qurumlarının payına düşür. Son 10 ildə 4280 km uzunluğunda içməli su xətti çəkilib, 36 suqəbuledici qurğu, 164 su anbarı, 74 su nasos stansiyası tikilib,175 artezian və subartezian quyuları qazılaraq istismara verilib”, - deyə Q.Hüseynov qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq maliyyə strukturlarının krediti hesabına 21 şəhər və rayonda su və kanalizasiya layihələri həyata keçirilir. Gələcəkdə onların sayı 30-a çatacaq.
“Beynəlxalq maliyyə institutları bu layihələrə $1,13 mlrd. məbləğində kredit ayıracaqları barədə öhdəlik götürüblər”, - deyə Q.Hüseynov vurğulayıb.
Sədr əlavə edib ki, 2003-2013-cü illərdə 1490 km uzunluğunda kanalizasiya xətləri çəkilib, 3 çirkab sutəmizləyici qurğu tikilib, daha 3 qurğu təmir edilib, 20 kanalizasiya nasos stansiyası inşa edilib.
Q.Hüseynov qeyd edib ki, əgər 10 il əvvəl Bakı şəhərində 1 milyon 560 min sakin mərkəzləşmiş qaydada içməli su ilə təmin olunurdusa, indi bu rəqəm 2 milyon 366 min nəfər təşkil edir. Bakı şəhəri və onun qəsəbələrində 1 mln. 485 min insan fasiləsiz su ilə təchiz olunur.
“Hazırda 38 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Regionlarda reallaşdırılan layihələr rayon mərkəzlərinin yaxınlığında və magistral kəmərlərin keçdiyi ərazilərdə yerləşən 350-dən artıq kəndi də əhatə edəcək”, - deyə Q.Hüseynov bildirib.
O əlavə edib ki, 2013-cü ilin sonu-2014-cü ilin birinci yarısında 10-dan artıq şəhərdə analoji layihələrin icrasına başlanılacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət