Yalnız region ölkələri Qarabağ münaqişəsinin nizamlanmasına kömək edə bilər. Həmin ölkələrdən biri İrandır. Bu barədə İran İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cahangirzadə çərşənbə günü Bakıda mətbuat konfransında bəyan edib.
“İran xarici qüvvələrin regional münaqişələrə müdaxiləsini yolverilməz hesab edir. Fikrimizcə, qonşu ölkələr digər qonşunun sərhədlərinə hörmətlə yanaşmalıdır. ATƏT-in Minsk Qrupu yaradılarkən İran bəyan edib ki, bu təşkilatın tərkibi Qarabağ məsələsini nizamlamaq iqtidarında deyil”, - deyə o bildirib.
C.Cahangirzadənin sözlərinə görə, onun rəhbərlik etdiyi iranlı deputatlardan ibarət nümayəndə heyəti Bakıda keçirilən görüşlər zamanı İranın Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi qismində çıxış etməyə hazır olduğunu deyib.
“Bakıda keçirilən görüşlər zamanı iki ölkə parlamentlərinin dostluq qruplarının Xocalı soyqırımı ilə əlaqədar müraciət hazırlayaraq qəbul olunmaq üçün İran parlamentinə təqdim etməsi barədə razılıq əldə olunub”, - deyə o məlumat verib.
C.Cahangirzadə həmçinin qeyd edib ki, görüşlərdə iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib. O, ümidvar olduğunu bildirib ki, İran Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdiyi kimi, Azərbaycan tərəfi də gələcəkdə İran vətəndaşları üçün viza rejimini ləğv edəcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət