Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam bankçılığının tələblərinə cavab verən "Qiblə kart" buraxıb. Bu barədə ABB-nin İslam Bankçılığı Departamentinin direktoru Bəhnam Qurbanzadə çərşənbə günü Bakıda kartın təqdimat mərasimində bildirib.
“ABB regionda və Avropada İslam bankçılığı tələblərinə uyğun plastik kart buraxan ilk bankdır”, - deyə B.Qurbanzadə söyləyib.
Onun sözlərinə görə, "Qiblə kart" “MasterCard Platinum” platformasında hazırlanıb ki, bu da onu dünyanın bütün nöqtələrində rahatlıqla əldə etməyə imkan verir. Kartdan həm debet, həm də kredit kartı kimi istifadə etmək olar.
Kartın qiyməti 40 manat təşkil edir.
Departamentin direktoru əlavə edib ki, kartın unikal cəhətlərindən biri də onun elektron kompasla təchiz edilməsidir. Buna görə də kart sahibləri Qibləni müəyyənləşdirə biləcəklər (Qiblə müsəlmanların üz tutaraq ibadət etdiyi istiqamətdir).
ABB Azərbaycanda “İslam bankçılığı” pəncərəsini tətbiq edən yeganə bankdır.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın kapitalında 50,2% dövlətə, 49,8% özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət