Azərbaycanda 2013-cü ilin yekunları üzrə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (EITI) reallaşdırılmasına dair hesabat yeni standarta uyğun hazırlanacaq. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) direktoru Şahmar Mövsümov məlumat verib.
“EITI üzrə yeni standart 2013-cü ilin may ayında Sidneydə keçirilən qlobal konfransda EITI-yə üzv olan ölkələr tərəfindən qəbul edilib. Hazırda Azərbaycanda bu standartın tətbiq edilməsi üzrə iş gedir. Yeni standarta uyğun olaraq EITİ-nin reallaşdırılması üzrə illik hesabatda hasilat şirkətləri tərəfindən hökumətə ümumi ayırmalar deyil, mineral ehtiyatların hasilatı ilə məşğul olan şirkətlərin ayırmaları ayrı-ayrılıqda əks olunacaq”,- deyə Ş.Mövsümov bildirib.
Onun sözlərinə görə, şirkətlər hökumətə ayırmalarla bağlı məlumatların təqdim edilməsindən imtina edə bilməzlər, çünki bu, Şəffaflıq Təşəbbüsünün bütün iştirakçıları üçün icbaridir.
“Bütün iri şirkətlər EITI üzrə yeni standartı tətbiq etməlidirlər, onlar yalnız Azərbaycanda deyil, qlobal səviyyədə Şəffaflıq Təşəbbüsünün iştirakçılarıdır. Ümumilikdə EITI üzrə yeni standartın tətbiqi Şəffaflıq Təşəbbüsünə üzv olan bütün 40 ölkəni əhatə edəcək”, - deyə fondun sədri bildirib.
EITI üzrə Beynəlxalq Katibliyin rəhbəri Yonas Moberq jurnalistlərə deyib ki, EITI üzrə yeni standartın gələn ildən tətbiqi nəzərdə tutulub.
“ARDNF-in müəllifi olduğu EITI üzrə hər bir illik hesabat əvvəlkindən daha ətraflı hazırlanıb. Gələn ildən EITI üzrə yeni standartın tətbiq edilməsi ilə bu hesabatlar daha dolğun xarakter almalıdır. Məsələn, siz PSA tipli müqavilələr çərçivəsində “bp”, “Statoil” və ya “Shell” şirkətlərinin nə qədər ödəniş etdiyini görə biləcəksiniz”, - deyə o qeyd edib.
Ymoberqin sözlərinə görə, yeni standartın tətbiqi həmçinin SOCAR şirkətinə ayırmaları və ARDNŞ-in özünün həyata keçirdiyi ayırmaları əyani şəkildə görməyə imkan verəcək.
EITI üzrə hesabatların hazırlanması 2004-cü il noyabrın 24-də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyası, xarici və yerli şirkətlər, həmçinin QHT Koalisiyası arasında imzalanan memoranduma əsasən həyata keçirilir.
EITI üzrə hesabatlar ilin yekunları üzrə bir dəfə hazırlanır.
Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə 2003-cü ildə qoşulub. Həmin ilin noyabrında Nazirlər Kabinetinin sərəncamı ilə EITI-nin həyata keçirilməsi üzrə xüsusi komissiya yaradılıb.
EITI üzrə çoxtərəfli qrupa Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyası, hasilat sənayesi ilə məşğul olan yerli və xarici şirkətlər, eləcə də mədən sənayesində şəffaflığın artırılması üzrə QHT Koalisiyası daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət